Azərbaycanın ərazi bütövlüyü dünyanın bir çox ölkələri və təşkilatları tərəfindən tanınıb

Azərbaycanın ərazi bütövlüyü dünyanın bir çox ölkələri və təşkilatları tərəfindən tanınıb
Avropa Şurası Parlament Assambleyası növbəti dəfə Azərbaycana qarşı qərəzli siyasət yürüdüb. Laçın yolu ilə bağlı yeni bir qətnamə qəbul edilib. Bu qətnaməni məruzəçi Paul Qava hazırlayıb.Həmin qətnaməyə əsasən Laçın yolunda sərbəst və təhlükəsiz hərəkətin olmadığı bildirilir.
AŞPA-nın bu addımı onların növbəti dəfə ikiüzlü siyasət yürütdüyünü göstərir. Otuz ilə yaxın Qarabağda ermənilərin törətdiyi vəhşiliklərə terrorlara və hətta ekoloji cinayətlərə səssiz qalan bu təşkilat yenə də heç bir əsası olmayan növbəti qərar qəbul etdilər.Amma bütün dünya buna şahiddir ki, ermənilər heç bir maneə olmadan Laçındakı nəzarət-buraxılş məntəqəsindən keçə bilirlər.
Azərbaycanın ərazi bütövlüyü dünyanın bir çox ölkələri və təşkilatları tərəfindən tanınıb. Bu təşkilatlardan biri də AŞPA idi. Hərçənd buna baxmayaraq qərəzli siyasət yürüdürlər. Sərhədlərimiz daxilində hər hansı bir iş aparmaq, sərhədlərimizi hansı formada qorumaq Azərbaycanın daxili işidir. Azərbaycan öz Konustitusiyasına və beynəlxalq konvensiyalara əsaslanaraq iş görür.
Xarici İşlər Nazirliyi bildirir ki, Avropa Şurasının bu cür sənədlər və qətnamələri beynəlxalq hüquq və norma prinsiplərinə ziddir. Və belə siyasət Ermənistanı Azərbaycana növbəti təcavüzə təhrik edir.
AŞPA-nın növbəti qərəzli siyasəti Azərbaycanın Qarabağ bölgəsinin erməni sakilərinin könüllü surətdə yerdəyişməsi ilə bağlı böhtanlar və yalan məlumatlardır.
Qurumun digər ziddiyyətli siyasətini azərbaycanlıların ermənistandan qovulması zamanı onların hüquqlarının pozulmasına göz yummasi idi.
AŞPA Azərbaycana qarşı qərəzli və əsassız siyasətini mütləq dayandırmalıdır. Bütün bu addımlara baxmayaraq Azərbaycan yenə də həm dünyada həm də Qafqazda öz inkişafı və siyasəti ilə seçilən ölkədir. Regionda davamlı sülhün təminatçısıdır...


Bakıxanov qəsəbəsi, 72 saylı məktəb liseyin
Tarix müəllimi Aygül Əfəndiyeva


Oxşar xəbərlər