2001-ci ilin yanvarında Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul olundu. 2001-ci ilin payızında Avropa Şurası Parlament Assambleyasının payız sessiyası Azərbaycanın ərazi bütövlüyünü qəbul edən sənəd qəbul etdi. 2003-cü ilin yanvar sessiyasında cənab İlham Əliyev AŞPA-nın vitse prezidenti və büro üzvü seçildi. Avropa Şurası Parlament Assambleyası Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq Azərbaycan Rspublikasına qarşı daim qərəzli mövqedən yanaşmışdır. Ermənistanın 30 ildən çox bir müddət ərzində Azərbaycana qarşı təcavüzkar siyasətinə qarşı heç bir tədbir görməmiş, ara-sıra heç bir hüquqi dəyəri olmayan bəyanatlar vermişdir. Halbuki,bu quruma üzv olan ölkələrdən biri digərinin ərazisini işğal etməsi faktına görə ən azından səsvermə hüququ əlindən alınmalı idi. AŞPA 23 oktyabr 2023-cü ildə "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat Azərbaycanı açıq-aşkar təhdid edərək 19 sentyabr 2023-cü ildə baş tutan lokal xarakterli anti-terror əməliyyatını hərbi əməliyyatlar kimi qiymətləndirərək "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə edib. Azərbaycan nümayəndə heyyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.
Avropa Şurasının Parlament Assambleyasının qış yarım sessiysının açılış günündə (22 yanvar) AŞPA-da Azərbaycan nümayəndə heyyətinin etimadnamələri təsdiq edilməmişdir. Sosialistlər qrupunun rəhbəri Frank Şvabe öz qərəzli çıxışında bildirmişdi ki, "100 mindən artıq Qarabağ ermənilərin zorakılıqla qovulması və AŞPA-nın məruzəçilərinin Qarabağa buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib". Əlbəttəki bu qərəzli çıxışın arxasında AŞPA rəhbərliyinin durduğu,sadəcə sosialistləri qabağa verməsi bilinən faktdır. Ancaq ,bütün bu qərəzli məsələlərin arxasında dayanan dövlət Fransadır. Fransa bu qurumdan istifadə edərək ölkəmizə təsir və təzyiq göstərir. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumlardan Azərbaycan dövlətinə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Avropa İnsan Hüquqları məhkəməsi də Qərbin 5-ci kolonunu müdafiə edir və ölkəmizə qarşı sifarişli qərarlar çıxarır.2023-cü il aprelin 23-də Azərbaycan Respublikası Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcınnda sərhəd buraxılış məntəqəsi qurub. AŞPA dəfələrlə həmin buraxılış məntəqəsinin ləğvini istəyib.Səbəbi isə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silhalı dəstələri üçün canlı qüvvə silah-sursat, mina və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. 2023-cü ildə AŞPA 3 dəfə Azərbaycana müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin "blokadada yaşadıqlarını" göstərmək və başqa bir çox uydurma faktlar əsasında hesabatlar hazırlamaq istəsələr də , sözügedən absurd niyyətlərin reallaşmasına Azərbayca imkan verməyib. AŞPA Azərbaycan nümayəndə heyyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərərkən güya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbusların "olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması və suverenliyimizin tam bərpa edilməsi ilə barışa bilməmələridir.
Qərb hər vasitə ilə Ermənistanı dəstəkləyir və arxa durur. Vaxtilə Azərbaycan Qarabağ probleminin həlli ilə bağlı Avropa Şurasına üzv olmuşdu. Bu problemin həlli ilə bağlı Avropa Şurası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların heç bir köməyi olmadı. BMT-nin qəbul etdiyi 4 qətnamə kağız üstündə qaldı. Azərbaycan Respublikası hərbi yolla öz ərazi bütövlüyünü təmin etdi və 4 qətnamənin icrasını özü təmin etdi. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinə göz yuman Qərb dövlətləri hansı ədalətdən və insan hüquqlarından danışır mənə çox maraqlıdır..
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
müəllimi Rumiyyə Səfərova