1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhalinin nahaq qanları tökülməsinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, birliyini və milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhalinin nahaq qanları tökülməsinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, birliyini və milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi
Tariximizdə yer alan 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, bu tarixdə baş verən dəhşətli faciə unudulmur və unudulmayacaqda. Kədər doğuran bu tarix Azərbaycan xalqına qarşı öncədən düşünülən və planlaşdırılan hərbi cinayətin təzahürü idi. Qanlı 20 Yanvar faciəsi Azərbaycan tarixinə silinməsi mümkün olmayan səhifələr yazdı, digər tərəfdən isə xalqın milli azadlığı və müstəqilliyi üçün yollar açdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhalinin nahaq qanları tökülməsinə baxmayaraq, Azərbaycan xalqının iradəsini, birliyini və milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Sovet dövründə Qarabağın Ermənistana birləşdirilməsinə Azərbaycanın qarşı çıxması onları qıcıqlandırdı. Və bu da Azərbaycanı cəzalandırmaq üçün Kreml bu qanlı tarixi bizə yaşatdı.
Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu insanlığa qarşı törədilmiş ən ağır və zərbələrlə dolu bir faciə idi. Milli azadlıq və ərazi bütövlüyümüzün mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha göstərmişdi. Həmin tarixə bir daha dönsək görərik ki, Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin gərgin olmasını bəhanə edərək əsassız lazımsız məlumatlar yayırdı. Təbii ki, bu saxta bir tezis idi özlərin saxtakarlığı və mənfur niyyətliliyi kimi.
1990-cı ildə törədilmiş bu qanlı tarixdən artıq bütün dünya xəbər tutdu. Sovet qoşunlarının dinc əhaliyə qarşı bu cür vəhşiliyi artıq etirazla qarşılanmışdı. Qorbaçovun atdığı bu kirli və dırnaqarası qoruma etirazla qarşılanmışdı.
20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür və ən sonda demək istəyirəm ki, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya hücum Azərbaycanın tarixində artıq süquta uğramaqda olan SSRİ-nin rəhbərliyi tərəfindən öncədən düşünülmüş və planlaşdırılmış cəza aksiyası idi. Lakin bu cəza nəinki Azərbaycan xalqının müstəqillik əzmini qırmadı, əksinə imperiyanın süqutunu daha da sürətləndirdi. Təbii ki 20 Yanvar faciəsindən sonra Ulu Öndər Heydər Əliyev buna səssiz qala bilməzdi. Belə ki, 21 yanvar 1990-cı ildə Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

Zabrat qəsəbəsi, 71 nömrəli məktəbin
biologiya və təbiət müəllimi Nailə Babayeva

Oxşar xəbərlər