Mehriban Əliyeva həmişə işin asanından deyil, çətinindən tutur. O, bütün dünyaya göstərdi ki, Azərbaycan qızı, yəni Türk-Müsəlman qızları öz gözəllikləri və təravəti ilə idmanın gimnastika sahəsində də böyük uğurlar əldə edə bilərlər. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının medallarını qazanmağa nail oldular. O, Azərbaycan qızlarının idmanın bu növündə də böyük uğurlara imza atmağa qadir olduğunu nümayiş etdirdi. Bu gün gimnastika sahəsində Azərbaycan qızları əldə etdiyi uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur! Bu onun zəhmətinin bəhrəsidir. Cəmi bir il sonra onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-ci il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışlardan sonra daha neçə-neçə beynəlxalq yarışların bir-birinin ardınca məhz Azərbaycanda keçirilməsi Mehriban Əliyevanın fəaliyyətinə verilən qiymət və ona olan etimadın göstəricisi idi. Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuzunu və müsbət imicini daha da artırdı.
O bu gün Azərbaycan qadınının simasıdır, Birinci Xanımdır. Bu gün o dünyanın lider xanımları arasında özəl yeri, özü və sözü olan bir xanımdır - o bunları gözəl düşüncə, gözəl fikir, gözəl əməlləri ilə qazanıb.
Əhmədov Aydın, 22 saylı şəhər poliklinikasının baş həkimi
O bu gün Azərbaycan qadınının simasıdır, Birinci Xanımdır. Bu gün o dünyanın lider xanımları arasında özəl yeri, özü və sözü olan bir xanımdır - o bunları gözəl düşüncə, gözəl fikir, gözəl əməlləri ilə qazanıb.
Əhmədov Aydın, 22 saylı şəhər poliklinikasının baş həkimi