Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 655 saylı Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır.Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına böyük imkanlar yaratmaqla bərabər, həm də türkdilli ölkələrin əsas magistral kəməri statusu qazanan Bakı-Tbilisi-Ceyhan neft kəməri ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin genişlənməsində, yeni münasibətlərin yaranmasında mühüm əhəmiyyət kəsb edir. Bir sıra iri regional və beynəlxalq enerji layihələrinin təşəbbüskarı və icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır. Bu isə ölkəmizin həm də tranzit ölkə kimi əhəmiyyətini artırır.
Zəngin qaz ehtiyatlarına malik olan Türkmənistan öz təbii qazını Avropa bazarına çıxarmaq üçün boru xətlərinə sahib deyil. Azərbaycanla Türkmənistan arasında anlaşmaya əsasən Türkmənistan ildə iki milyard kubmetrədək mavi yanacağını İran vasitəsilə mübadilə formasında Azərbaycana təqdim edir. Böyük karbohidrogen ehtiyatlarına görə Türkmənistan yalnız Qərbin deyil, Türkiyənin də marağındadır. Ötən il Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü zamanı ölkə başçımız demişdir: "Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir.
Bir sıra iri regional və beynəlxalq enerji layihələrinin təşəbbüskarı və icraçısı olan Azərbaycan həm enerji təhlükəsizliyinə, həm də regionun tranzit əhəmiyyətinin artmasına öz töhfəsini verir. Bu gün Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Avropa və digər beynəlxalq bazarlara Azərbaycanın və Mərkəzi Asiyanın enerji resursları daşınır. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.
Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova