İkinci Qarabağ müharibəsi bitəndən sonra bu ərazilərə səfər edən jurnalistlər, siyasətçilər erməni vandalizminin, erməni vəhşiliyinin şahidi oldu

İkinci Qarabağ müharibəsi bitəndən sonra bu ərazilərə səfər edən jurnalistlər, siyasətçilər erməni vandalizminin, erməni vəhşiliyinin şahidi oldu
Azərbaycan otuz ilə yaxın olan Dağlıq Qarabağ münaqişəsini artıq həll edib, buna güc yolu və siyasi vasitələrlə nail olub. Möhtərəm prezidentimiz Cənab Ali Baş Komandan İlham Əliyevin müdrik və sülhsevər siyasəti, qəhrəman Azərbaycan xalqının öz dövlət başçısının ətrafında sıx birləşməsi, igid vətənpərvər oğullarımızın şücaəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Amma təəssüflə qeyd etməliyik ki, iyirmi səkkiz il ərzində Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamayıb.
1992-ci ildə yaradılmış Minsk qrupunu məhz bu istiqamətdə işlər görməli idi, müəyyən mandata və səlahiyyətlərə sahib idi. Lakin bu illər ərzində Azərbaycan torpaqlarının erməni işğalında olan bir dövdə, müharibə dövründə Minsk qrupunun müxtəlif ideyalarla çıxışı, yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da bütün bunlar heç bir nəticə verməmişdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsivə təcavüzü bu ərazilərdə törətdikləri azğınlıqlar göz qarşısında olub. Hamının bütün dünyanın gördyüü reallıq budur. Azərbaycan xalqının Ermənistanın işğalçı siyasətinin qurbanı olduğu illər ərzində danışıqlar aparılsa da nəticə sıfra bərabər olub. Danışıqların aparılması münaqişənin hələ uzun həll olunmaması üçün yalnız pərdə idi. Baxmayaraq ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar iyirmi səkkiz il müxtəlif aidiyyatı qərarlar, qətnamələr qəbul etdilər. Həmin qətnamələrdə Ermənistan qoşunlarının dərhal Azərbaycan ərazisindən çıxarılması tələb edilirdi. Lakin bu qətnamələrdə deyilənlər danışıq olaraq, sənəd kimi kağız üzərində qalırdı. ATƏT-in Minsk qrupu və onun həmsədrləri bu illər ərzində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələrlə səfər etmişlər, bu ərazilərdə vəhşicəsinə dağıdılmış, talan edilmiş şəhər və kəndləri görmüşlər lakin bütün insanlığı narahat edən erməni vəhşiliyini pisləməlidilər, Ermənistana qarşı Azərbaycanın sanksiya çağırışlarına cavab vermədilər.
İkinci Qarabağ müharibəsi bitəndən sonra bu ərazilərə səfər edən jurnalistlər, siyasətçilər erməni vandalizminin, erməni vəhşiliyinin şahidi oldu. Müxtəlif ölkələrdən gəlmiş nümayəndələr Azərbaycanın işğaldan azad olmuş torpaqlarında erməni barbarlğını görmüş, bu illər ərzində Azərbaycan xalqının yaşadıqlarının mənəvi cəhətdən necə ağır olduğunu hiss etmişlər.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Cabarova



Oxşar xəbərlər