İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə 2020-ci ilin dekabrın 10-da keçirilən möhtəşəm təntənəli paradla əbədiləşdirildi. Qələbəmizin rəmzi kimi Bakıda Azadlıq meydanında keçirilmiş zəfər paradı Azərbaycanın gücünü, işğalçı Ermənistan üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəfadətli Azərbaycan ordusunun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbənin təcəssümü oldu.
Bu tarixi qələbədən sora fəxrlə deyirik! İlin ölkəsi Azərbaycandır, ilin xalqı Azərbaycan xalqıdır, ilin qəhrəmanı Azərbaycan əsgəridir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev zəfər paradında qeyd etmişdir: Bundan sora Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlar bundan sonra həyata qayıdacaq... Azadlıq meydanında çox paradlar keçirilib ancaq bu paradın xüsusi önəmi var. Bu tarixi hadisədir. Bu tarixi günün sahibi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra orada sancılan Zəfər bayrağı dekabrın 10-da Parada gətirilərək, Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəmizin əsas simvolu kimi qürurla nümayiş olunmuşdur. Zəfər paradında üç mindən çox Azərbaycan əsgər və zabiti ilə yanaşı Türk əsgər və zabitləri iştirak etmişdir. Həmçinin fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəfər paradında iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edirdilər.
Vətən müharibəsində əldə edilmiş qələbə təkcə bizim deyil, qardaş və dost Türkiyənində qələbəsidir. Türkiyə hərbiçilərinin paraddaki keçidi düşmənə verilən növbəti mesaj idi. Bu keçid coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilməsi dövlətimizin hərbi qüdrətinin nümayişi idi. Müharibə zamanı hərbi qənimət kimi əldə edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikada nümayiş olunmuşdur.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərmizin əziz xatirəsinin əbədləşdirilməsi məqsədi ilə cənab prezidentimiz Bakıda Vətən Müharibəsi Memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təsəbbüskarı olub.
Beləliklə, Zəfər paradı Azərbaycanın beynəlxalq hüquqa sadiq olduğunu nümayiş etdirərək ölkə suverinliyini gücləndirmək, müasir şaxələndirilmiş iqtisadiyyat qurmaq istiqamətində Ulu Öndər Heydər Əliyev ideyalarının və siyasətinin prezident İlham Əliyev tərəfindən davam etdirilərək inkişaf etdirilməsinin düzgün olduğunu bir daha göstərdi.
Prezident çıxış edərkən bildirmişdir ki, biz istədiyimizə nail olduq, beynəlxalq hüququ, tarixi ədaləti və milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
tarix müəllimi Mehriban Poladova