10 noyabr 2020-ci il Ali Baş Komandan İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanması işğala son qoydu. Üç dövlət başçısı arasında imzalanan bəyanat 30 ildən çox davam edən gərgin mübarizəni aradan qaldırılması istiqamətində aparılan mühüm addım oldu. Zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun işlənib-hazırlanıb. Bəyanatda noyabrın 10-dan etibarən Dağlıq Qarabağ münaşiqəsi zonasında aparılan bütün hərbi əməliyyatların tam dayandırılması öz əksini tapıb. Bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin bərpa olunmasına, ölkənin iqtisadiyyatının daha da güclənməsinə təkan verəcək.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya və digər qonşu ölkələrinin mənafelərinə cavab verir və iqtisadi baxımdan böyük bir addımdır. “Mehri dəhlizi”nin açılması Naxçıvana və Türkiyəyə dəmir yolunun açılması ilə yanaşı eyni zamanda, regionun digər ölkələri üçün də, mühüm rol oynayacaq. Laçın dəhlizi məsələsinə toxunan Cənab Prezident İlham Əliyev burda təhlükəsizliyin təminatının Azərbaycanın şanlı ordusunun səlahiyyətində olduğunu da, vurğuladı.
Prezident İlham Əliyev 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra xalqa müraciətində bildirdi ki, bu bəyanatda Dağlıq Qarabağın heç bir statusundan söz gedə bilməz. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibi hissəsidir. Tarixi Azərbaycan torpaqları Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva