HƏMAS-ın son şokedici effekt yaradan genişmiqyaslı hücumu zaman keçdikcə qaranlıq qalan məqamları və açıq qalan sualları aydınladır.
HƏMAS-ın bu hücumu nəticə etibarı ilə Yaxın Şərqin dizayn olunmasında yeni bir mərhələyə qədəm qoymuş oldu. İsrail-Fələstin münaqişəsi fonunda bölgədə nəzərdə tutulan planların geosiyasi mənzərəsi şəffaf görünməyə başlayır.
Son hadisələr və HƏMAS-a qarşı genişmiqyaslı əks-hücum əməliyyatı Fələstinin mövcud hakimiyyətinin də marağındadır. Çünki Qərbi Fələstin ərazisi sayılan Qəzza bölgəsində hakim HƏMAS-ın varlığı İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyətinin mövcud hakimiyyəti - hakim FƏTH Partiyası və onun lideri, prezident Mahmud Abbas hakimiyyəti üçün ciddi təhlükə mənbəyi hesab edilir. Bugünkü reallıqda Fələstin Muxtariyyətində faktiki ikihakimiyyətlilik hökm sürür. HƏMAS Qəzza bölgəsinə, Mahmud Abbas isə Fəlsətinin şərq hissəsinə rəhbərlik edir. Bu da öz növbəsində Fələstin məsələsinin həllində əsas aparıcı siyasi qüvvə olan HƏMAS-la FƏTH arasında ortaq məxrəcə gəlməyə imkan vermirdi. Fələstinin gələcək taleyi il bağlı bu iki qüvvə arasında hər zaman ciddi ixtilaf olub. Yaranmış vəziyyət Mahmud Abbas hakimiyyətini narahat edən məsələ olub.
HƏMAS-ın hücumlarının arxasında duran əsas hədəflərdən də biri Qərbi Fələstinlə (Qəzza bölgəsini) Şərqi Fələstini birləşdirmək, daha sonra isə Mahmud Abbas hakimiyyətini devirib bütövlükdə hakimiyyəti ələ keçirmək planı olub.
Əgər proseslərə diqqət etsək, bu hadisələrdə Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas HƏMAS-ı dəstəkləyən hər hansı ciddi bəyanat verməyib. O, yalnız Fələstin xalqının hüquqlarının pozulmasını və bunun yolverilməzliyini dilə gətirib.
İsrailin HƏMAS-ı bitirmək istiqamətində başladılan genişmiqyaslı əks-hücum əməliyyatı təkcə Təl-Əvivin deyil, eyni zamanda Fələstin Muxtariyyətinin mövcud hakimiyyətinin maraqlarına cavab verir.
Bunun üçün tarixə qısa ekskurs etmək kifayətdir.
88 yaşlı Mahmud Abbas siyasi fəaliyyətinin ilk illərindən İsraillə münasibətlərin normallşaması istiqamətində səy göstərib və o zaman İsrailin solçu qüvvələri ilə təmaslarda olub. Daha sonralar isə Mahmud Abbas Fələstini və FAT lideri Yasir Ərəfatı danışıqlarda təmsil edir. Məhz bu fəaliyyətinin nəticəsi olaraq 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında Oslo razılaşması imzalanır. Bu razılaşmaya əsasən Fələstin Azadlıq Təşkilatı rəhbərliyi adından 13 sentyabr 1993-cü ildə Fələstin Milli Administrasiyasının yaradılması ilə nəticələnən “Prinsiplər Bəyannaməsi”ni imzanladı.
2003-cü ildə İsrailin baş naziri Arial Şaron Yol Xəritəsi planını müzakirə etmək üçün Fələstinin baş naziri seçilən Mahmud Abbasla görüşür. Mahmud Abbas Ariel Şaronla yanaşı, 2003-cü ilin mayın 20-də ABŞ prezidenti Corc Buşla baş nazir kimi ilk görüşünü keçirir. 2003-cü ilin iyunun 4-də isə İordaniyanın Akkaba şəhərində Corc Buş, Ariel Şaron və Mahmud Abbas arasında İsrail-Fələstin probleminin həll edilməsi istiqamətində Yol Xəritəsini qəbul etmək üçün üçtərəfli görüş keçirilir. Bu üçtərəfli görüşdə Fələstinin hüquqlarının tanınması ilə yanaşı, M.Abbas HƏMAS-ın hərbi qolu İzəddin əl-Qəssam briqadalarının, İslami Cihadın Qüds hərbi birləşməsinin, FƏTH-in Əl-Əqsa şəhidləri hərbi təşkilatına son verilməsi barədə üzərinə öhdəlik götürür. Mahmud Abbas bununla bağlı sammitöncəsi HƏMAS liderləri ilə görüşüb razılaşsalar da, bu razılaşma uzun çəkmir və tərəflər Akkaba sammitinin nəticəsi olaraq üzərlərinə götürdükləri öhdəliklərdən imtina edirlər. Bu razılaşmanı pozmaq üçün də 2003-cü ilin iyunun 8-də Əl-Qəssam briqadası, Qüds batalyonu və Əl-Əqsa şəhidləri Qəzza zolağının şimalında yerləşən Erez keçid məntəqəsinə hücum təşkil edirlər.
İsrail qoşunlarının kəskin cavab hərbi əməliyyatlarından sonra HƏMAS və İslami Cihad iyunun 29-da üç aylıq atəşkəs elan etməli olurlar. Amerikalılar muxtariyyətin təhlükəsizlik xidmətlərinə maddi dəstək vermək müqabilində Mahmud Abbası radikal dini təşkilatların kökünü kəsməyə məcbur edirlər. Bu məqsədlə Ağ Ev 2003-cü il 2 avqust tarixində İordan çayının qərb sahilinə və Qəzza zolağına 3 milyon dollar məbləğində maddi yardım göstərildiyini elan edib. Bundan bir həftə sonra ABŞ Dövlət Departamenti Abbas hökumətinə dəstək üçün 20 milyon dollar ayırır.
Sonrakı dövrlərdə də davamlı olaraq İsraillə münasibətlərin normallaşdırılması istiqamətində FƏTH-lə HƏMAS arasında ciddi fikir ayrılığı olub. Müəyyən mərəhələlərdə razılığa gəlib birgə koalisiya hökumətlər formalaşdırsalar da, bu, uzun çəkməyib. Qısa zaman ərzində dağılıb. Bu fikir ayrılığı hətta 2007-ci ildə vətəndaş müharibəsi ilə nəticələnib.
Bu müharibə nəticəsində HƏMAS Qəzza zolağına tam nəzarəti bərqərar etməyə müvəffəq olur və fəaliyyətlərini davam etdirirlər.
Sonrakı dövrdə Abbas HƏMAS-la dialoqu bərpa etməyə çalışsa da, heç bir nəticəsi olmayıb.
Hətta 2019-cu il seçkilərindən sonra formalaşan koalisiya hökumətinin dağılmasına səbəblərdən biri FƏTH və HƏMAS arasında həll edilməmiş ziddiyyətlər olub.
HƏMAS-ın son hücum planının əsas məqsədi Qəzza ilə Fələstinin şərq hissəsini birləşdirmək və daha sonra İsrailin şimal hissəsini ələ keçirmək olub. Bununla parlalel olaraq Mahmud Abbas hakimiyyətinə son vermək olub.
HƏMAS bu planı reallaşdırmaq üçün uzun müddət hazırlaşıb. Bunun üçün o digər islami radikal təşkilatlardan, xüsusən “Hizbullah”dan, həmçinin İsrailə qarşı olan ölkələrdən və güclərdən özünə hərtərəfli dəstək almağa çalışıb. Və həmin təşkilat və ölkələr HƏMAS-ın bu planının reallaşmasına ən müxtəlif formada dəstək veriblər. HƏMAS bu planını reallaşdırmaq istəsə də, planı iflasa uğradı. Çünki nə İsrail, nə Qərbin bəzi ölkələri Mahmud Abbasın devrilməsində maraqlıdır. Nə qədər qəribə səslənsə də, Rusiya da eyni mövqedədir. Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsində maraqlı olsa da, Mahmud Abbasın və FƏTH-in devrilməsini istəmir. Bu, təkcə Rusiya-İsrail münasibətlərindən irəli gələn məsələ deyil. Burada o məqamı da qeyd etmək istərdim ki, Mahmud Abbasla Moskva arasında çox sıx əlaqələr mövcuddur. Hətta Mahmud Abbasın Rusiya xüsusi xidmət orqanları, DTK ilə bağlılığı haqqında ciddi məlumatlar mövcuddur. O, Rusiya KQB-sinin adamı kimi FAT-da fəaliyyətə başlayıb. Bu əlaqələr Mahmud Abbasın hələ gənc illərində Dəməşq Universitetində tələbə olduğu illərə təsadüf edir. Bu əməkdaşlığın nəticəsi olaraq Mahmud Abbas aspirantura təhsilini Moskvada alıb və doktorluq dissertasiyası müdafiə edib. Moskva ilə sıx və isti münasibətlərinə görə Mahmud Abbas Rusiyanın ali mükafatları ilə təltif edilib. Ona görə də Moskva son hadisələrdə daha çox bitərəf mövqe sərgiləməkdə və hər iki tərəflə eyni məsafədə dayanmaq istəyir. Düzdür, Moskvanı belə bir mövqe sərgiləməyə vadar edən İsrailin Ukrayna məsələsində tutduğu mövqedir.
Son olaraq onu qeyd etmək istərdim ki, hadisələr uzandıqca hələ də qaranlıq məqamalara aydınlıq gələcək. Nə qədər acı reallıq olsa da, ortada günahsız insanlar bu amansız savaşların qurbanı olur.