ABŞ Dövlət Departamenti: “İran HƏMAS-ın əməliyyat planlaşdırdığını bilirdi”

ABŞ Dövlət Departamenti: “İran HƏMAS-ın əməliyyat planlaşdırdığını bilirdi” “İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyatına hazırlıqdan xəbərdar idi, lakin onun təfərrüatını bilmirdi”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Bizdə İranın HƏMAS-ın bu hücumunu idarə etdiyi və ya təşkil etdiyinə dair heç bir məlumat yoxdur. İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyat planlaşdırdığını bilirdi, lakin dəqiq vaxtı və miqyasını bilmirdi. İran uzun müddət HƏMAS-ı maddi və maliyyə cəhətdən dəstəkləyib. Lakin onların bu xüsusi hücumu dəstəklədiyinə dair heç bir dəlil görmədik”, - Miller qeyd edib.

“Təcrübəmiz göstərir ki, yekun nəticə çıxarmaq hələ tezdir. Biz yaxın günlərdə və həftələrdə bu məsələni araşdırmağa davam edəcəyik ki, İranda kiminsə nə planlaşdırıldığını dəqiq bildiyini və ya planlaşdırmada iştirak edib-etmədiyini başa düşək”, - Miller əlavə edib.

Oxşar xəbərlər