İsrail-HƏMAS müharibəsində ölənlərin sayı açıqlandı - Son rəqəmlər

İsrail-HƏMAS müharibəsində ölənlərin sayı açıqlandı - Son rəqəmlər İsrail-HƏMAS müharibəsində ölənlərin sayı artıb.

HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində 900-dən çox insanın öldüyü, 2600-dən çox şəxsin yaralandığı bildirilir.

Məlumata görə, 100-dən çox israillinin HƏMAS tərəfindən əsir götürülüb.

Fələstin Səhiyyə Nazirliyi isə Qəzza zolağında 687 fələstinlinin öldüyünü, 2271 nəfər yaralandığını açıqlayıb.

Hər iki tərəfdən ölü sayının artacağı istisna edilmir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.

Oxşar xəbərlər