Qazaxıstanda ağır yol qəzası, 9 nəfər öldü - Video

Qazaxıstanda ağır yol qəzası, 9 nəfər öldü - Video Qazaxıstanın Karaqanda vilayətində minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində doqquz nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.


Oxşar xəbərlər