Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var

Yevlax- Mingəçevir yolunda avtomobil qəzası baş verib, yaralılar var Yevlax rayonunda baş vermiş avtomobil qəzası zamanı 3 nəfər xəsarət alıb.
Report xəbər verir ki, Xaldan yolunda "VAZ-2107" markalı avtomobillə "VAZ-21011" markalı avtomobilin toqquşması nəticəsində, Səmədov Rəvan Kəmil oğlu (1984), Mehdiyev Bəylər Ceyhun oğlu (1999) və Xalidli Rüfət Allahyar oğlu (1997) müxtəlif bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər