Rusiyada dəhşətli qəza — 14 ölü, 6 yaralı

Rusiyada dəhşətli qəza — 14 ölü, 6 yaralı Rusiya Federasiyası Mariy El Respublikasında mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 14 nəfər ölüb.
Bu barədə “İnterfaks” Agentliyi məlumat yayıb. Verilən məlumata görə, “Yoşkar Ola-Kozmodemyansk” yolunun 64-cü km-də baş verən qəza nəticəsində 6 nəfər xəsarət alıb. Avtobusda 21 nəfərin olduğu bildirilir.

“Rusiya vaxtı ilə saat 17:30-da “Yoşkar Ola-Kozmodemyansk” yolunun 64-cü km-də ağır qəza baş verib. Hadisə nəticəsində 14 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, qəzaya səbəb yolun buzlu olması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər