“Aran” Regional Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin rəisi Zülfü Ağayev - Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistan rəhbərliyinə xəbərdarlıq etdi, Qarabağda yaşayan ermənilərə isə çıxış yolu göstərdi. Bu bir həqiqətdir ki, İlham Əliyev müharibədən sonra bütün çıxışlarında Ermənistanı sülh müqaviləsini imzalamağa çağıraraq məğlub ölkənin xeyrinə olan təkliflər səsləndirir, düşdüyü bataqlıqdan çıxış yolu göstərir. Bununla yanaşı, qalib ölkənin qətiyyətli lideri kimi 10 noyabr üçtərəfli Bəyanatın müddəalarında nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirərək doğru-düzgün əməlini ortaya qoyur.
Prezident müsahibəsində qeyd etdi ki, bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Müzakirə mövzusu yalnız Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir. Azərbaycan Qarabağ ermənilərinə normal həyat təklif edir. İlham Əliyevin bu məsələdə mövqeyi ortadadır. Prezident bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Ermənilər də yaxşı bilirlər ki, İlham Əliyev verdiyi vədin, sözün hər zaman arxasında duraraq onu reallığa çevirən liderdir.
Azərbaycan Prezidenti bir daha Qarabağda yaşayan ermənilərə səslənərək bildirdi ki, bu məsələdə düzgün addım atsınlar. Çünki onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil.
Müsahibəsində “İndi sülh bizim gündəliyimizdədir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər: “Bu, onların seçimidir. Bu, bizim onları buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk”.
Azərbaycan heç bir dövlətə, o cümlədən Ermənistana qarşı ərazi iddiasında olmadığını sözdə deyil, əməli şəkildə nümayiş etdirir, qarşı tərəfdən də eyni addımların atılmasını gözləyir. Ermənistanın baş naziri isə dəfələrlə ölkəsinin Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan etsə də, hər fürsətdə müxtəlif bəhanələrlə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır.
Azərbaycan Prezidenti bir daha Ermənistan rəhbərliyinə mesaj göndərərək dedi ki, müharibə artıq bitib və Qarabağ münaqişəsinə son qoyulub. İndi sülh danışıqlarına başlamağın vaxtıdı. Hələ ki qarşı tərəfdən müsbət cavab alınmasa da, Azərbaycan ümid edir ki, tezliklə bu, baş verəcək. Çünki indi diktəni qalib dövlət edir. Azərbaycanın gördüyü işlər isə Ermənistanın da xeyrinə işləyir.
Prezident İlham Əliyevin əzmi, qətiyyəti, müdrik siyasəti nəticəsində hərb meydanında, beynəlxalq hüquq müstəvisində məğlub olan Ermənistan növbəti dəfə qlobal media platformasında da ifşa olundu. Təcavüzkar üzərində ard-arda çalınan bütün bu qələbələr isə Azərbaycanın öz milli maraqlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ardıcıllıqla və qətiyyətlə təmin etməsinin parlaq təzahürləridir.
Müsahibənin məhz Qarabağın mirvarisi Şuşada təşkil olunması ilə artıq bu tarixi Azərbaycan şəhərinin dirçəldilməsinin, mədəni, mənəvi ruhunun özünə qaytarılmasının rəmzi mesajı verildi. Bu müsahibə vasitəsilə beynəlxalq aləmə bir daha Azərbaycan həqiqətləri çatdırıldı, Cənubi Qafqazda baş verənlər olduğu kimi dünya mediasının gündəminə daşındı.