Berdıyev Azərbaycandan qaçıb? - Klub bəyanat yaydı - YENİLƏNİB

Berdıyev Azərbaycandan qaçıb? - Klub bəyanat yaydı - YENİLƏNİB "Turan Tovuz" Futbol Klubu bəyanat yayıb.

"Ölkə.Az" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Kurban Berdıyevin hazırda Azərbaycanda olduğu bildirilib.

"Turan Tovuz" son günlər klub haqqında həqiqətə uyğun olmayan əsassız xəbərlərin yayımlandığını vurğulayıb:

"Mövsümün başa çatmasına baxmayaraq baş məşqçimiz Kurban Berdıyev ölkəmizi tərk etməyib və növbəti mövsümün hazırlıq planlarını həyata keçirmək və daha güclü heyət formalaşdırmaq üçün mütəmadi olaraq klub rəhbərliyi ilə fikir mübadiləsi aparır. Qeyd etmək istəyirik ki, baş məşqçimizlə müqaviləmiz davam edir və klub rəhbərliyi daha iddialı komanda formalaşdırmaq üçün Kurban Berdıyevə tam dəstəyini nümayiş etdirir. Azarkeşlərimizi və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar rəsmi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanacaq".

***

Rusiyalı məşqçi Qurban Berdıyev “Turan Tovuz” klubunun rəhbərliyindən gələn zənglərə cavab vermir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Sport24.az məlumat yayıb.

"İyunun 1-2-də klub rəhbərliyinin baş məşqçi ilə görüşü olmalı idi. İclasda yeni mövsümlə bağlı planlar hazırlanmalı, komandanın formalaşdırılması ilə bağlı qərarlar qəbul edilməli idi. Lakin mövsümün sonunda Rusiyaya yollanan Berdıyevdən heç bir xəbər yoxdur. Rəsmilər son günlər bir neçə dəfə mütəxəssislə əlaqə saxlamağa cəhd etsələr də, uğursuzluqla üzləşiblər. O, Azərbaycandan gələn zənglərə cavab vermir”, - məlumatda bildirilir.

Ötən mövsüm “Turan Tovuz” avrokuboklara vəsiqə qazana bilməyib, Azərbaycan çempionatında 4-cü yeri tutub.

Oxşar xəbərlər