Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Prezidenti İlham Əliyev müsahibəsində qeyd etdi ki, Azərbycan tərəfi sülh üçün hazır idi və beynəlxalq iştirakçıların müəyyən yeni təkliflər verməsini gözləyirdi. Lakin bunun bir növ boşluq olduğunu anladıq. 2020-ci il noyabrın 10-da imzalanan Bəyanat sülh razılaşması deyildi, Bəyanat idi və o zaman yaranan vəziyyət dayanıqlı sülhü təmin etmirdi. Buna görə də Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə elan etdik ki, sülh sazişi imzalanmalıdır. Amma yenə də müəyyən boşluqlar yarandı. Daha sonra Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi prinsiplərini özündə əks edən sülh sazişini müəyyən etdi. 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə yeni sülh prosesin masa üzərinə qoydu.
Prezident İlham Əliyev müsahibəsində Atəşkəs sazişinin kimin tərəfindən aparılmasının bizim üçün böyük fərq etmədiyini qeyd edib. O, həmçinin vurğulayıb ki, Azərbaycan sülh sazişi ilə nəticələnəcək təşəbbüs irəli sürən istənilən tərəfi dəstəkləyəcək. Ermənistan ilə Azərbaycan arasında ilk görüşlər Rusiya tərəfindən bu ölkə ərazisində aparılmışdır. Lakin Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi. Sonrakı dövrdə Birləşmiş Ştatlar və Avropa bu məsələdə daha fəal oldu. Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, bu ayın sonunda Rusiyada danışıqların keçirilməsi barədə Rusiyadan dəvət almşıq və dəvətə razılıq verilib. Əgər hər hansı digər məkan olarsa, əlbəttə ki, biz yenə də razılaşacağıq, çünki bizim üçün nəticə əldə etmək vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bizim Avropa ilə münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykəndiyini və bu səbəbdən Avropa İttifaqının ən yaxşı vasitəçi ola biləcəyini Ermənistanla danışıqlara dair suala cavabında deyib. Avropa ittifaqı ilə qarşılıqlı münasibətlər təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də həyata keçirilir. Sonuncu görüş Kişineuda baş tutdu. Prezident İlham Əliyevu bu görüşü vacib hesab etdiyini vurğuladı. O qeyd etdi ki, Azərbaycan tərəfi vəziyyətin durğun olmasına imkan vermək istəmir. Durğunluq yaranarsa biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik, məhz bu səbəbdən biz sülh istəyirik.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Vəfa Babayeva