Prezident İlham Əliyev 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüş keçirmişdir. Bu görüşdə bir sıra məsələlər müzakirə olunmuşdur.
Bu məsələlərdən biri də Avropa İttifaqı ilə əməkdaşlıqdır. Bildiyimiz kimi, Avropa İttifaqı ilə fəal əməkdaşlıq aparılır. İlk növbədə enerji sahəsində. Bu məqsədlə cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda Anlaşma Memorandumu imzalanmışdır. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Yeni saziş üzərində iş aparılaraq , demək olar ki , artıq böyük razılaşmalar əldə edilib. Son zamanlar Avropa İttifaqı ilə Azərbaycan arasında təmasların sayı artıb.
Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu nəqliyyat sahəsində də əməkdaşlıq üçün çox geniş imkanlar yaradır.
Dünyadakı mövcüd geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Bu il keçən ilkinə nisbətən qaz ixracatı 40 faiz artmışdır. Biz çalışmalıyıq ki, qaz ixracatını daha da artıraraq 2027-ci ildə ən az 18 milyard kubmetr qaz ixrac edək. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.
Bu görüşdə , Azərbaycan - Ermənistan münasibətinə də toxunuldu. Brüsseldə bir neçə dəfə keçirilən üçtərəfli görüşdə sülhə daha da yaxınlaşdıq. Cari dördtərəfli görüş Emmanuel Makron və Şarl Mişel tərəfindən keçirilmişdir. Bu görüşdə bir sıra ciddi məsələlər müzakirə olunmuşdur. Görüşlərin əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Sülh prosesinə artıq təkan verilib.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb. 250 – dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da yaralanıb. Bu bizə qarşı cinayətdir və buna son qoyulmalıdır.
Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb. Buna son qoyulmalıdır. Bu gün dünya birliyi artıq Qarabağ Azərbaycandır həqiqətini dərk edir.
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Biz onların taleyini hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər.
Sülh müqaviləsinin beş prinsipi tezliklə paraflanmalıdır. Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalanmalıdır.
Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Ermənistsn 2020-ci ilin noyabrın 10-da üzərinə götürdüyü öhdəliyi hələ də yerinə yetirməyib.
Bu görüşün sonunda , ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib. Bəyanatda qeyd olunur : “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyanmaməsinə bir daha nümayiş etdirərək bir – birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Növbəti iclas oktyabrın sonunda Brüsseldə keçirilməlidir .” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nın mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
Praqada 5 saatdan artıq davam edən görüşdə Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alındı.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehri Manaflı