Moskavaya növbəti PUA hücumları - Sobyanin detalları açıqladı

Moskavaya növbəti PUA hücumları - Sobyanin detalları açıqladı Çərşənbə axşamı Yeni Moskva və Moskva vilayətində Ukrayna pilotsuz təyyarələri hücum cəhdi edib, hücumlar hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib.

“Bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib.

“Bu gecə Yeni Moskva və Moskva vilayətində Ukrayna pilotsuz təyyarələri növbəti hücum cəhdi edib. Hazırda hava hücumundan müdafiə qüvvələri tərəfindən hücumlar dəf edilib, aşkar edilmiş bütün PUA-lar məhv edilib”, - Sobyanin bildirib.

“İtki və ya xəsarət alan yoxdur, hadisə yerində fövqəladə xidmətlər işləyir”, - Sobyanin yazıb.

Moskva meri əlavə edib ki, təhlükəsizlik məqsədilə bəzi reyslər müvəqqəti olaraq Vnukovo hava limanından yönləndirilib. Səhər saat 8.00-dən etibarən isə Vnukovo hava limanı ərazisində uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

TASS-ın verdiyi xəbərə görə, Moskva vilayətinin Kubinka yaxınlığında təyyarə tipli dron qəzaya uğrayıb. “Dron Kubinkadakı hərbi obyektlərdən birinin ərazisinə düşüb. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur”, - nəşr yazır.

Nəşr onu da yazıb ki, fövqəladə hallar xidməti üç pilotsuz təyyarənin müxtəlif vaxtlarda Moskvaya doğru hərəkət etdiyini bildirib. Onlardan ikisi Yeni Moskvada Valuevo kəndi ərazisində, biri Kaluqa vilayətində zərəsizləşdirilib. Tələfat və dağıntı olmayıb.

Oxşar xəbərlər