Moskvanın “Şeremetyevo” hava limanında “A-320” tipli sərnişin təyyarəsi digər təyyarə ilə toqquşub.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Minskdən uçan “A-320” dayanacağa doğru hərəkət edərkən “A-321” tipli təyyarəyə çırpılıb.
Hadisə nəticəsində “A-320”nin göyərtəsində olan 42 sərnişin və 6 ekipaj üzvü xəsarət almayıb. Onlar təhlükəsiz şəkildə təyyarəni tərk ediblər.
İnsidentin baş vermə səbəbləri araşdırılır.