DAŞKƏSƏNDƏ SUDAN MƏİŞƏTDƏ VƏ KƏND TƏSƏRRÜFATINDA QƏNAƏTLİ İSTİFADƏNİN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ İCTİMAİ MÜZAKİRƏ TƏŞKİL OLUNUB

DAŞKƏSƏNDƏ SUDAN MƏİŞƏTDƏ VƏ KƏND TƏSƏRRÜFATINDA QƏNAƏTLİ İSTİFADƏNİN TƏMİN EDİLMƏSİ MƏQSƏDİLƏ İCTİMAİ MÜZAKİRƏ TƏŞKİL OLUNUB İyunun 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədovun sədrliyi ilə keçirilmiş müzakirədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşı Mikayıl Cabbarov, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev, rayonun icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların işçiləri, habelə ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən RİH başçısının müavini Vüqar Məmmədov Prezident cənab İlham Əliyevin 2020-ci il iyulun 27-də imzaladığı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı Daşkəsən rayonunda görülən işlər barədə ətraflı məlumat verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşı Mikayıl Cabbarov və digərləri mövzu ilə bağlı çıxışlar edərək bildiriblər ki, bütün sahələrdə sudan qənaətlə istifadə olunmalı və bu sahədə maarifləndirmə işləri mütəmadi aparılmalıdır.

Sonra Daşkəsən rayonunda su ehtiyatlarının qorunması, səmərəli idarə olunması və qənaətli istifadəsi, su obyektlərinə qanunsuz qoşulmaların qarşısının alınması məqsədilə su mənbələrindən istifadəyə icazələrin alınması mexanizmləri, mütərəqqi suvarma texnologiyaların tətbiqi və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb, təkliflər dinlənilib.

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər