28 May Respublika Günüdür. Prezident İlham Əliyev bu münasibətlə Laçına səfər etmişdir. Bu səfərdə o, doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşmüş, sadə insanların yanında olmuşdur. Bu da bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur.
Dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.
Prezidentin gəldiyi gün 20 ailə Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. Görüş zamanı bildirildi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər bura əlavə bir çox ailələr qayıdacaq. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasacaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər. Düşünürük ki, laçınlılar doğma yurdlarında rahat yaşayacaq, öz əzəli torpaqlarına sahib olduqlarını bütün dünyaya bəyan edəcəklər!
Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova