Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza növbəti dəfə səfər edib. Laçına təkrar, Kəlbəcərə ilk dəfə olmaq etibarı ilə bu səfərin zamanlaması, səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, müəssisələr, bir sözlə, səfərin “A”-dan “Z”-yə hər məqamı bir hadisədir! “Zamanlama” demişkən, son ilyarım-iki il içində bu sözü tez-tez işlətmiş ola bilərik, şükür Tanrıya, zaman bizə işlədi, artıq “o gün (zaman) bu gündür (zamandır)” və rəqibimiz də uğursuz dövlət yox, uğurla yarışdığımız zamanın özüdür.
Özəlliklə, işğaldan azad olunmuş torparlarımızda, mürəkkəb relyefə, dərin dərələrə, yüksək dağlara malik ərazilərimizdə böyük infrastuktur layihələri icra etmək qürurvericidir. Sovet hökuməti özünün bütün mövcudluğu dövründə Laçına, Kəlbəcərə, külli-Qarabağa təmin edə bilmədiklərini müstəqil Azərbaycan dövləti çox qısa müddət içində icra etməyə başlayıb. Laçın, Kəlbəcər heç vaxt malik olmadıqlarına malik olacaq! Kəlbəcərin, Laçının, külli-Qarabağın 30 ilə yaxın davam etmiş işğal illərində aldığı yaraları göz önzündə tutsaq, indi baş verənlər qeyri-mümkünün mümkün olması dərəcəsində işlərdir. İlham Əliyev deyir və edir! Azərbaycan Prezidentinin sözünün qüdrətini bilənlər bilir, bilməyənlər yaxud etiraf etməyən bədxahlar da, “bunu da bacardı”, “bu da oldu”, “durdura bilmirik” şəklində düşünməyə-daşınmağa məcburdur.
Ərazilərin bərpasına verilən önəmin göstəricisidir ki, Prezident İlham Əliyev böyük qələbədən ötən doqquz ayda azad edilmiş rayonlarımıza 10 səfər edib. Özü də heç biri adi bir səfər olmayıb, iri yenidənqurma layihələrinin reallaşması ilə yadda qalıb. “Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” – deyən cənab İlham Əliyev bu torpaqların əsl sahiblərinin kim olduğunu bir daha bəyan edib.
Kəlbəcər və Laçın rayonlarına budəfəki səfər ölkəmizin öz gücünə inamdan doğan ali siyasi iradəsinin daha bir nümayişi idi. Prezident və xanımı Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağda inşa ediləcək 11,6 kilometrlik, Kəlbəcər-Laçın avtomobil yolu üzərində çəkiləcək 3,4 kilometrlik tunellərin bünövrəsini qoydular, “Kəlbəcər-1” Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldular, “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etdilər, Laçında ərazinin sayca üçüncü beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirak etdilər. Beləliklə, Şərqi Zəngəzurda dəyəri milyon manatla da ölçülən daha bir neçə mühüm layihəyə start verildi.
Prezident və xanımının bu səfər zamanı açılışında iştirak etdikləri 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası, həmçinin ərazisinə baş çəkərək, görülən işlərlə tanış olduqları “Kəlbəcər 1” kiçik su elektrik yarımstansiyası dağlar qoynundakı bütün yaşayış məntəqələrini nur selinə qərq edəcək. Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb, müasir paylayıcı qurğular yaradılıb və ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib. Ermənilərin dağıdaraq yandırdıqları “Kəlbəcər-1” KSES-də isə bütün işlər qarşıdakı aylarda sona çatdırılacaq.
Kəlbəcər və Laçında – “şiş ucları buludlarla döyüşən” dağların qoynunda bərpa layihələrinin icrasının vüsət alması sevindirici hadisədir. Bildiyimiz kimi, hələ aylar öncə pilot layihələr kimi bu rayonların arıçılıq və heyvandarlıqla məşğul olan bir qrup sakininin doğma yurdlarına gəlişi təmin edilib və onlar öz təsərrüfatlarını yaradaraq işə başlayıblar. Sərhədlərin yeni yaradılan hərbi hissələrlə möhkəmləndirilməsi də dinc quruculuq işlərinin güvənliyini xeyli artırır.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
təşkilatçı-direktor müavini Asiman Paşayev