18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın şəhəri işğal olunmuşdu. Lakin 2020-ci ilin 27 sentyabrında ermənilərin hücumuna cavab olaraq başlayan Vətən müharibəsində Azərbaycan Ordusu tarix yazdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz 44 gün ərzində erməni ordusunu darmadağın etdi. “Dəmir yumruq” qarşısında məhv edilən Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu. Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub etdi. Üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 10 noyabr Bəyanatını imzalandı. Prezident İlham Əliyevin uğurlu siyasəti və Azərbaycanın gücü sayəsində Ağdam, Kəlbəcər və Laçın döyüşsüz olaraq işğaldan azad edildi. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır.
Bu möhtəşəm qələbədən sonra Qarabağın əsl sakinləri doğma yurdlarına geri döndülər. Prezidentin xüsusi diqqət və qayğı göstərdiyi Qarabağa yenidən həyat qayıtdı və işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işləri sürətlə həyata keçirildi. Uzun illər yurd həsrəti ilə yaşasalar da, məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Onların sosial müdafiəsinin təmin olunması istiqamətində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident İlham Əliyev davam etdirib, bu kateqoriyadan olan həmvətənlərimizin yaşayış şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman diqqət göstərib, təhsil, mədəni inkişaf, sağlamlıq və digər məsələlərdə onlara yaxından kömək edib.
Azərbaycan 2020-ci ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinə başladı. Vətəndaşlarımızın tarixi torpaqlarımızda məskunlaşması isə sürətlə davam edir. Artıq növbə Laçın şəhərinə çatıb. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Görüşdə çıxış edən ölkə başçısı bir sıra məqamlara toxunub. Prezident İlham Əliyev vurğuladı ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır. Bir sözlə Azərbaycan öz əzəli torpaqlarının sahibi olduğunu hamıya bəyan etdi.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva