Azərbaycan Avropa ilə Asiyanın əsas strateji nəqliyyat qovşaqlarından biridir

Azərbaycan Avropa ilə Asiyanın əsas strateji nəqliyyat qovşaqlarından biridir
Bu gün ölkəmiz Xəzər dənizi coğrafiyasında və daha geniş arealda təhlükəsizlik, qarşılıqlı inam və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfələr verir və bu töhfələr beynəlxalq səviyyədə yüksək qəbul olunur. Azərbaycanın geostrateji önəmini artıran faktorlar sırasında ölkəmizin tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malik olması xüsusi yer tutur. Azərbaycan özünün bu üstünlüyündən yararlanaraq ölkə ərazisindən tranzit daşımaların həcminin artırılmasına nail olmaq üçün müvafiq infrastrukturun qurulmasına hərtərəfli dəstək verir. Prezident İlham Əliyevin səyləri nəticəsində yaradılan müasir infrastruktur ölkəmizi Avrasiyada strateji nəqliyyat qovşağına çevirib. Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolunu oynayır və bu rol ildən-ilə artmaqdadır. Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətində tərəflərin mənafeləri nəzərə alınmaqla, suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq əsas şərt kimi qəbul olunur.
Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Hər iki nəqliyyat marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artması müşahidə olunur. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artmaqda davam edir və limanın istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir. Liman Avropadan Asiyaya və əksinə yüklərin real vaxt rejimində və daha cəlbedici tariflərlə daşınmasına yeni imkanlar açıb. Təsadüfi deyil ki, limanın açılışından ötən müddət ərzində onun fəaliyyətinə beynəlxalq miqyasda böyük maraq yaranıb.
Azərbaycan Vətən müharibəsində qələbədən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Dəhlizin yaradılması ilə Azərbaycanın tranzit imkanları daha da artacaq, üzün illər ərzində blokada şəraitində yaşayan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyalar bərpa olunacaq, yeni strateji dividentlər əldə olunacaq.
Namiq Muradov-YAP Sabunçu rayon təşkilatının fəal üzvü



Oxşar xəbərlər