2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. “Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib” bu sözləri Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müraciətində bildirmişdir. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından istifadə edən ermənilərin iddiaları qüvvətlənmiş, öz havadarlarının köməyi ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb, Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Sovet İttifaqının repressiv maşını Ulu öndər Heydər Əliyevə qarşı geniş miqyaslı hücuma keçdi, Moskvada qala bilməyən Rəhbər doğma Vətəninə qayıtdı. O vaxtkı Azərbaycan rəhbərliyi Ulu öndər Heydər Əliyevə, xalqının ona sevgisinə qısqanclıqla yanaşdı, nəticədə o, Bakını tərk edib Naxçıvana gəldi. Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvanda tam blokada vəziyyəti hökm sürürdü. Ulu öndər Heydər Əliyevin dərin idarəçilik bacarığı, qətiyyəti sayəsində ermənilərin təxribatı baş tutmadı, Naxçıvan Azərbaycanın tərkibində qaldı. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır.
Şuşa, Laçın, Kəlbəcərin ermənilər tərəfindən işğalında məhz AXC-Musavat cütlüyünün hakimiyyət hərisliyi, milli xəyaət amilləri mühüm rol oynadı. Doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqların əldən getməsinə səbəb oldu. 1993-cü ilin oktyabrında Azərbaycan xalqı müdrikliyini, öz taleyinə biganə qalmadığını bir daha göstərdi. Ulu öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Dərhal ciddi islahatlara başlanıldı. İqtisadiyyat, hərb, dövlət quruculuğu sahəsində ciddi adımlar atdı. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi. Ölkəyə birinci rəhbərliyi dövründə erməni faşistlərinin Qarabağla bağlı arzularını ürəklərində qoymuş, onların iddialarının qarşısını diplomatik bacarıqları ilə alan bir lider heç bir zaman doğma torpaqların yadelli işğalı altında qalması ilə barışa bilməzdi. Onun daxili və xarici siyasi fəaliyyəti məhz Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, onun iqtisadi qüdrətini artırmaqdan ibarət idi. Cənab Prezident İlham Əliyevinn dediyi kimi, “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq”.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
Tarix müəllimi Aytən Sərdarlı