Putin buna görə hələ də Ukraynanı məğlub edəcəyini düşünür

Putin buna görə hələ də Ukraynanı məğlub edəcəyini düşünür “Putin öz iradəsini güc yolu ilə Kiyevin iradəsini sındırmaqla istəyinə nail olmaq istəyir. Bunun nəticəsidir ki, Ukraynanın bir çox uğurlu əks-hücumları indiyədək Putini məqbul şərtlərlə danışıqlar aparmağa inandırmaq üçün kifayət etməyib. Müharibələrin nəticələri çox vaxt döyüş meydanında yalnız hərbi reallıqları təsdiqləyən danışıqlar yolu ilə müəyyən edilir. Ola bilsin ki, Putin də İkinci Dünya Müharibəsinin təcrübəsinə əsaslanaraq belə addım atır”.

Bu barədə ISW-nin hesabatında qeyd olunub.

Sənəddə qeyd olunur ki, Putin hazırkı müharibəni başlatdığı üçün məqsədlərinə hərbi güclə nail ola bilməyəcəyinə qərar verməlidir: “Çünki münaqişənin danışıqlar yolu ilə həlli ilə məşğul olmalı olan əsas aktor odur”.

Lakin ISW-nin analitikləri hesab edirlər ki, Putin ukraynalıların Qərbin onları tərk etdikdən sonra döyüşərək və ya döyüş iradəsini qıranadək müharibəni davam etdirmək niyyətindədir:

“Putin bu qış böyük hərbi səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, hələ də bu qənaətə gəlmədiyini sözdə və əməldə açıq şəkildə bəyan edir. Onun qışda Ukrayna və Avropanı dondurmaq cəhdləri heç bir nəticə vermədi. Rusiyanın Luqansk və Donetsk vilayətlərinin sərhədlərinin təhlükəsizliyini təmin etmək adı altında həyata keçirdiyi qış-yaz hücum əməliyyatları kulminasiya nöqtəsinə çatır. Bu səylərin nəticələri heç də ürəkaçan deyil”.

Sənəddə qeyd olunur ki, Putin üçün Rusiyanın Ukraynaya güc yolu ilə öz iradəsini tətbiq edə bilməyəcəyi ən yaxşı variant olardı, lakin o hələ bu qənaətə gəlməyib:

“Ukrayna ordusu Rusiyanın hərbi gücünü o qədər zəiflətməlidirlər ki, Putinə və bu müharibədə onu dəstəkləyən yaxın çevrəyə döyüş yolu ilə müharibənin nəticəsini dəyişməyin mümkün olmayacağı aydın olsun. O zaman Putin hərbi yoldan imtina edib, münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verər. Ukrayna ordusunun əks-hücum vasitəsilə faktiki uğur qazana biləcəyini gözləməyə isə əsas var.

Lakin Putinin bu hərbi reallıqları nə vaxtsa qəbul edib-etməyəcəyi bəlli deyil. O, bütün məqsədlərinə çatmaq üçün lazım olduğu qədər fasilə ilə və ya fasiləsiz mübarizəni davam etdirməyə qərar verə bilər. Onun ritorikası və hərəkətləri, eləcə də keçmiş nümunələri, şübhəsiz ki, belə bir ehtimaldan xəbər verir. Ona görə də danışıqlar yolu ilə həll mümkün olmaya bilər. Çünki Putin əslində Ukraynanı fəth edə bilməyəcəyi reallığını qəbul etməyəcək”.

Oxşar xəbərlər