Martın 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyada işgüzar səfərdə olub. Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub və bir çox layihələr haqqında daha konkret səpkidə müzakirələr aparılib. Burada müxtəlif sektorları təmsil edən, demək olar ki, otuz şirkətin nümayəndələri toplaşıblar, cənab prezidentin dediyi kimi ticari və iqtisadi əlaqələrimizin genişlənməsi imkanları da müzakirə edilib. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik. Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb. Real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik. Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırırıq.
Müzakirə olunan digər məsələ nəqliyyat və logistikadır. Azərbaycan Dövləti əlavə maliyyə vəsaitləri ayırır ki, dəniz limanımızın və dəmir yolu infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əsas perspektiv planlarımıza gəldikdə isə, cənab Prezidentin qeyd etdiyi kimi 30 il ərzində işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş torpaqlarında yenidənqurma işləri nəzərdə tutulur. Hazırda Livanın ərazisi qədər sahə tamamilə yerlə-yeksan edilib. Biz “Böyük Qayıdış” adlanan dövlət proqramına artıq start vermişik. Planımızda yüz minlərlə keçmiş məcburi köçkünü öz yurd-yuvalarına qaytarmaqdır, çünki erməni işğalı nəticəsində bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bir sözlə, bu böyük proqramdır və onun icrası böyük vəsaitlər tələb edəcək. Qarabağ və Şərqi Zəngəzur bölgələrini artıq yaşıl enerji zonası elan edilmişdir. Azərbaycanda külək və günəş enerjisi mənbələrinin potensialı 200 qiqavata yaxındır.
Təhsillə bağlı işə Cənab Prezident qeyd etdi ki, Almaniya və Azərbaycan təhsil müəssisələri arasında bu sahədə daha çox əməkdaşlığın şahidi olmaqdan şad olardıq. Xüsusilə peşə təlimi sahəsində, çünki bizim müzakirə etdiyimiz sahələrdə, kənd təsərrüfatı və sairədə buna böyük tələbat var. Hesab edirəm ki, təhsil sahəsində əməkdaşlıqla bağlı bəlkə də xüsusi istiqamətə ehtiyacımız olacaq. Həmçinin nümayəndə heyəti Azərbaycana səfər etməzdən əvvəl təklif edərdim ki, bizə İqtisadiyyat Nazirliyi vasitəsilə konkret layihələr göndərilsin ki, siz və nümayəndə heyətiniz Bakıya gələndə biz artıq bütün bu təklifləri təhlil etmiş olaq və bəlkə də siz gələnə kimi və hətta ondan da əvvəl, işlər uğurla gedərsə, müqavilələr bağlayaq.
Almaniya ilə Azərbaycan arasında müzakirə edilən sahələrdə və bu sahələrdən də kənara çıxaraq həqiqətən də güclü tərəfdaşlığın olacağı gözlənilir. Almaniya ilə Azərbaycan arasında müzakirə edilən bu və ya digər sahələrdə həqiqətən də güclü tərəfdaşlığın olacağı gözlənilir.
Mən siyasi və iqtisadi sahədə böyük uğurlara imza atmış Cənab Prezidentimizin hər səfərində olduğu kimi bu səfərinin də Azərbaycan dövlətinə və xalqına uğur gətirəcəyinə inanıram.
Zabrat qəsəbəsi, 71 saylı orta məktəbin
riyaziyyat müəllimi Zəkiyyə Zeynalova