Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi bir nəsil formalaşdırmaqdır

Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi bir nəsil formalaşdırmaqdır


Gənclik cəmiyyyətin aparıcı qüvvəsidir. Sağlam gənclik, sağlam nəsil deməkdir. Ümummilli lideri Heydər Əliyev gənclər haqqında deyirdi : “Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycanın gəncləri kimi hiss edir. Onların əksəriyyəti vətənpərvər gənclərdir, biz çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.”
1996-ci il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk formu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci il də imzaladığı fərmanla 2 fevral tarixi ölkədə “Gənclər Günü” kimi təsbit olundu.
Cənab Prezidentimiz İlham Əliyev tərəfindən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması məqsədi ilə 2005-ci il 30 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqram”ı və 2007-2015-ci il də isə “Azərbaycan Gənclərinin Təhsili üzrə Dövlət Proqram”ı gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Bütün bunların nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Artıq yüzlərlə gənc dünyanın nüfuzlu beynəlxalq universitetlərində oxuyaraq Azərbaycana qayıtmış, Azərbaycanın dövlətçilik siyasətində mühüm yer almış və Azərbaycanın xarici və daxili siyasətində mühüm rol oynayırlar.
Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi bir nəsil formalaşdırmaqdır. Artıq Azərbaycan da bu nəsil formalaşıb və gələcəyimiz bu gənclərlə inşa olunur.
Ölkəmizdə 200-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar.
Vətən müharibəsində də Azərbaycan gəncliyi öz gücünü göstərdi. Cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqlarımızın azad olunmasında böyük fədakarlıq göstərdi. Bu əsl vətənpərvər gəncliyin formalaşmasının sübutu idi. Bu gəncliyin formalaşmasın da Azərbaycan təhsili mühüm rol oynadı.
Azad olunan torpaqların içərisində mənim doğma yurdum Laçın da var. Artıq illərin həsrətinə son qoyulub. Biz böyük qayıdışa hazırlaşırıq. Torpaqlarımızı dirçəltmək, onu inkişaf etdirmək biz gənclərin ən vacib vətənpərvərlik borcudur. Biz Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ərtafında yumruq kimi sıx birləşmişik, bu gün də, sabah da onun yanındayıq. O, bir müdrik dövlət başçısı, bir ordu sərkərdəsi, Azərbaycan tarixinin ən şanlı, ən parlaq səhifəsini-Zəfər səhifəsini yazmaqla zəfər tariximizin memarıdır. Əlbəttə ki, gələcək gənclərlə inşa edilir. Biz milli-mənəvi dəyərlərimizə bağlı müasir gənclər kimi dövlətimizin inkişafında mühüm rol oynayacağıq. Cənab Prezidentimizin həyatı bizim üçün ən gözəl örnəkdir. O, Azərbaycan dövlətini hər zaman yüksək səviyyədə təmsil edir. Biz bununla qürur duyuruq. Gənclər olaraq onun siyasətini dəstəkləyirik. Onun layiqli davamçıları olmağa hazırıq. Bir millətin ən böyük sərvəti onun dövlətidir. Dövlətimizin yanındayıq!

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
əməkdaşı Şəhla Vəliyeva



Oxşar xəbərlər