Bu gün Heydər Əliyevin irsi əmin əllərdədir

Bu gün Heydər Əliyevin irsi əmin əllərdədir

Gənclər hər bir cəmiyyətin ümidi və ən böyük qayğısıdır. Dünyanın hər bir bucağında istənilən yeniliyin ən birinci təkanverici qüvvəsi gənclərdir. Bütün dövrlərdə hər bir bölgədə, bütün mədəniyyətlərdə, siviliasiyalarda bu belə olmuşdur. Gənclər cəmiyyətin ən çılğın, ən tez təsirlərə məruz qalan hissəsidir. Məhz bu səbəbdəndir ki, ilk hədəf hər zaman gənclərdir. Gənclərin mənəvi, intelektual və əxlaqi tərbiyəsi millətin simasına çevriləcəyi üçün bu sahədə qayğı olduqca mühümdür. Azərbaycan gəncləri bu cəhətdən olduqca uğurludur. Xüsusilə də müasir Azərbaycan gənci çox geniş imkanlara sahibdir. Gənclər və gəncliyə göstərilən qayğı ulu öndərin dövründən bəri dövlətimizin əsas məqsədlərindən biridir. H.Əliyevin uğurlu gənclər siyasəti bütün qələbələrimizin və uğurlarımızın təməlində durur.
90-cı illərin əvvəllərində Azərbaycanın vəziyyətini xəyal etmək ,bəlkə də, müasir internet əsrinin, müstəqillik dövrünün gənclərinə çətin gələr. Daxili və xarici qüvvələrin ölkəyə vurduğu zərərlər, ön cəbhədə məğlubiyyətlər, iqtisadi çətinliklər, sosial problemlər, dövlətin siyasətinin zəifliyi yox’ sadəcə olaraq o siyasətin olmaması, xarici siyasətdə səhvlər ölkəni dərin böhranlara sürükləyirdi. Bütün bunlar həm də insanları dərin mənəvi böhrana aparırdı. H.Əliyevin hakimiyyətə gəlməsi sadəcə bir sözlə ifadə edilə bilər: xilas. Bir neçə il yox, sadəcə bir neçə ay ərzində bir çox problemlər öz həllini tapdı. Azərbaycan istər daxili, istərsə də xarici siyasətdə öz kursunun olduğunu göstərdi. Daha ağır problemlərin həllini dövlətimiz daha yaxşı dövrlərə saxladı. O vaxta kimi isə biz dirçəlməyə və inkişaf etməyə hədəfləndik. Azərbaycan gəncləri burda da ulu öndərin yanında idi. Hər zaman dövlətin qayğısını dərk edib, Vətənə ən yaxşı şəkildə xidmət etməyə hazır. Hədəflər olduqca yüksək olsa da ,H.Əliyev əsla Azərbaycan gəncliyindən şübhə etmədi, etimadının doğrulacağından əmin idi. Bu əminlik illərin təcrübəsi və xalqına olan inamdan ilhamlanırdı.
O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində əməli işlər görülüb. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir".
90-cı illər Azərbaycanın tarixində dönüş nöqtəsi oldu. Yeni erada yeni görkəm yarandı. Azərbaycanın siması, gənc respublikanın dünya ictimaiyyəti qarşısındakı duruşu məhz o dövrdə formalaşdı. Bugün bəhrəsini gördüyümüz layihələrin əsas məhz o dövrdə qoyuldu. Azərbaycan cəmiyyəti və bu cəmiyyətin təkanverici qüvvəsi gənclərlə bağlı dövlət siyasət məhz o dövrdə formalaşdı. Bu, yeni dünyada yeni yaranmış dövlətin ilk kövrək addımları idi. Tərəqqi sadəcə iqtisadi, sənaye, siyasi və sosial sahədə getmirdi, eyni zamanda müasir azərbaycanlının mənəvi, əxlaqi və mədəni siması da formalaşırdı: vətənpərvər, multikultural, tolerant, millətpərəst və yenilikçi. Azərbaycan gəncləri bütün sahələrdə islahatların əsas hissəsidir. Bu islahatlar təhsildən hərbiyə, iqtisadiyyatdan mədəniyyətə hər sahəni əhatə edir və bütün bu sahələrdə Azərbaycan gəncləri aparıcı qüvvədir.
Bu gün Heydər Əliyevin irsi əmin əllərdədir. Cənab prezident bunu dəfələrlə sübut etmişdir.Azərbaycan tarixinin ən gənc prezidenti İlham Əliyevdir. Buna görə də gənclər siyasətini ondan yaxşı heç kim anlaya bilməz. Çağdaş Azərbaycan gəncliyi olduqca tərəqqipərəst, yenilikçi, elmli,multikulturalistdir. Prezidentimiz də dediyi kimi Azərbaycan gəncliyi ilə fəxr etməyə dəyər.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Tağıyeva Əsnai


Oxşar xəbərlər