Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə gənc nəslə qayğı ön plana çəkildi. Hələ 1994-cü ildə müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsinədəki fəaliyyətini əlaqələndirmək üçün Gənclər və İdman Nazirliyi yaradılmışdır. Gənclərlə bağlı həyata keçirilən siyasətin nəticəsidir ki, müasir dövrdə bütün sahələrdə gənclərin əməyi danılmazdır. Ulu Öndərin 1997-ci il fevralın 2-si imzaladığı fərmana əsasən, fevralın 2-si Gənclər Günü elan edilib və hər il aktiv şəkildə qeyd olunur.
Azərbaycan gənclərinin vətənə məhəbbət, sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsas istiqamətini təşkil edirdi. Bütün bunlarla yanaşı Prezident cənab İlham Əliyevin dövründə bu siyasət uğurla davam etdirilmiş, gənclər müxtəlif sahələrdə istər dövlət quruculuğu, istərsə də digər sahələrdə özlərini təsdiq ediblər. Buna yaxın tarixi - 44 günlük Vətən müharibəsini misal göstərə bilərik. Gənclərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar tarixə qızıl hərflərlə düşdü. Sadəcə ön cəbhədə deyil, gənclərimiz arxa cəbhədə də layiqincə çalışaraq informasiya müharibəsində qalib gəlmişdi. Bu, gənclərimizin necə vətənpərvər ruhda böyüdüldüyünü bir daha sübut etdi.
Müasir dövrdə hər bir Azərbaycan gəncinin müxtəlif sahələrdə təcrübə əldə etməsi üçün lazımi tədbirlər görülmüşdür. Bura müxtəlif könüllülük fəaliyyətlərini misal göstərə bilərik. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmışdır, indi onlar ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə çalışırlar.
Gənclər hazırda cəmiyyətin ən dinamik səviyyəsi hesab olunur. Gənclərin fəaliyyəti üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlər gəncləri cəmiyyətin ən mühüm təbəqəsinə çevirmiçdir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bütün bu təbrilər müasir dövrdə gənclərin müxtəlif sahələrdə aparıcı rolunu təsdiq edir. Gənc nəsil demək dövlətimizin gələcəyi deməkdir. Dövlətimizi, müstəqilliyimizi qoruduğumuz kimi gənclərin də qayğısına qalmalı, yeni nəsli dövlətimizə layiqli şəkildə yetişdirməliyik.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə