Bu günlərdə təməli qoyulan və müstəqillik dövrünün ən böyük istilik-elektrik stansiyası da elektroenergetika sahəsində yeni imkanlar yaradır. Açılışı 2025-ci ilə planlaşdırılan stansiya ölkəmizin enerji potensialını gücləndirməklə yanaşı, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq.
Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması çox əlamətdar hadisədir, bu ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək.
Azərbaycan regionda enerji ixrac edən ölkələr arasında öndə gedir. Bu da ölkəmizə həm iqtisadi, həm də siyasi güc verir. Azərbaycan energetika sahəsində qlobal layihələr həyata keçirir. Bu, həm ölkəmizin enerji təminatı nöqteyi-nəzərindən, həm də ixracın artması, ölkəyə daha çox xarici valyutanın daxil olması baxımından vacibdir.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-yenidənqurma işlərinə də məhz elektroenergetika sahəsindən başlanmışdır. Burada artıq 10-dan çox yarımstansiya inşa edilmiş, 10-dan çox su-elektrik stansiyası istifadəyə verilmişdir. Cəmi iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmışdır və bu rəqəm cari ilin sonuna qədər 200 meqavata çatdırılacaq.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva