Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. O vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.
Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük istilik-elektrik stansiyasının təməlini qoydu. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq.
Qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən “ Azərbaycan” İstilik-Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Canubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılırdı. Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Lakin keçid dövründə elektrik stansiyasına baxımsız yanaşma və istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik-Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib.
Ölkəmizin neft-qazdan sonra bərpa olunan mənbələrə əsaslanan elektrik enerjisi ilə aparıcı mövqeyə yüksəlməsi günün tələbidir. Bir tərəfdən ətraf mühiti qorumaq daha “təmiz enerji” mənbələrindən istifadəni zəruri edir. Digər tərəfdən isə enerji böhranı dövründə diversifikasiya zərurəti bu enerji növünə qlobal miqyasda ehtiyacı artırır. Həmçinin Azərbaycan Prezidentinin qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmasının məhsulu olan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası konsepsiyası əsasında inkişafı da bu prosesləri təşviq edir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi İradə Məlikova