DAŞKƏSƏNDƏ SOSİAL XİDMƏTLƏR AGENTLİYİNİN SƏDRİ VÜQAR BEHBUDOV VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNDƏ SOSİAL XİDMƏTLƏR AGENTLİYİNİN SƏDRİ VÜQAR BEHBUDOV VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB Dekabrın 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə görüşüb. İcra başçısı Əhəd Abıyev Vüqar Behbudovla görüşdə rayonda imtiyazlı sakinlərin fərdi ev, avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları və digər məsələlərlə əlaqədar görülən işlərin mövcud vəziyyətini və qarşıda duran vəzifələri geniş müzakirə edib.

Daha sonra Vüqar Behbudov vətəndaşlarla görüşək qəbulunu keçirib. İmtiyazlı şəxs kateqoriyasından olan sakinlərin müraciətləri əsasən fərdi ev, avtomobil təminatı və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

Agentliyin sədri Vüqar Behbudovun rəhbərliyi ilə vətəndaşların qaldırdığı məsələlərlə bağlı araşdırma aparılıb, müraciətlərin əksəriyyəti yerində həll olunub, əlavə araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb.

Qəbula gələn sakinlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ SOSİAL XİDMƏTLƏR AGENTLİYİNİN SƏDRİ VÜQAR BEHBUDOV VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

Oxşar xəbərlər