Almaniya millisi qələbə qazansa da, dünya çempionatı ilə vidalaşdı

Almaniya millisi qələbə qazansa da, dünya çempionatı ilə vidalaşdı Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.

Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.

Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 2 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

Oxşar xəbərlər