Ulu Öndər, ümummilli lider Heydər Əliyev Tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilən dahi şəxsiyyətdir. Dahi rəhbərin Vətən və xalq qarşısında böyük xidmətləri nəsil-nəsil minnətdarlıqla xatırlanıb yad ediləcək, Öndərimizin qayğıkeş və nurlu siması, xalqımızın xoş sabahı naminə gördüyü ölçüyəgəlməz işlər heç zaman yaddaşlardan silinməyəcəkdir. Milli dövlətin qurulması, əsl milli istiqlal ancaq siyasi təcrübə ilə milli şüurun üzvi surətdə birləşməsi, milli dövlətçilik məfkurəsinin daşıyıcısı olan siyasi liderin xalqın tələbi ilə hakimiyyətə qayıtması sayəsində mümkün oldu. Məhz buna görə də belə hesab etmək olar ki, müasir dövlət quruculuğumuz 1993-cü ilin iyunundan - Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlamışdır. Həlledici məqamda dövlətin sükanı arxasında böyük siyasi təcrübəyə və milli dövlətçilik təfəkkürünə malik olan şəxsin dayanması, çox önəmli məsələdir.
XX əsrin Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu Öndər Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə bütöv bir xalqın dünəni, bu günü və sabahı aydın görünür. Tarixə nəzər salsaq görərik ki, dövlətin dövlət olması üçün altı əlamətdən- (sərhəd, paytaxt, xəzinə, ordu, hökmdar, qanun) biri qanunlardır.
Konstitusiya - Dövlətin ali qanunudur. Vətəndaşların hüquq və azadlıqları orada öz əksini tapır.
Azərbaycanda ilk konstitusiya 1921-ci ildə I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. 1925,1978-ci illərdə də Azərbaycan SSR-nin Konstitusiyası qəbul edilib.
Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ölkə üçün çox önəmli hadisə olan müstəqil dövlətin konstitusiyasını hazırlamaq üçün 1994-cü ildə özünün sədrliyi ilə konstitusiya komissiyası fəaliyyətə başladı. Dahi lider demokratik fikirlərlə çıxış edərək konstitusiyanın layihəsini 1995-ci ildə xalqın müzakirəsinə verdi.
1995-ci il noyabr ayının 12-də ümumxalq referendum ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul olundu. Konstitusiya 5 bölmədən, 12 fəlsildən 158 maddədən ibarətdir. Sonrakı ilk illərdə əlavə və dəyişikliklər 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.
1996-cı ildə isə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 12 noyabr konstitusiya günü elan edilib.
Konstitusiyamız dövlətin siyasi, hüquqi, iqtisadi sistemlərinin əsasını təşkil edir.
Azərbaycan Konstitusiyasında yazılır: “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək “ Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında “ Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq”
Bu gün Ulu Öndərin layiqli davamçısı Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin daxili və xarici siyasətində Ali Qanunumuzun böyük əhəmiyyət kəsb etdiyini aydınca görürük. Prezidentin andiçmə mərasimində bir əlinin Azərbaycanın konstitusiyasına qoyub and içməsi fəxr edici hadisədir. Azərbaycan Prezidenti Konstitusiyamızda təsbit olunduğu kimi Azərbaycanın ərazi bütövlüyünü qorumaq kimi ali bir vəzifəyə layiqincə əməl edir.
44 günlük Vətən müharibəsində xalqı “ Dəmir Yumruq” kimi birləşdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yeni əsrdə siyasi, iqtisadi, mədəni, diplomatik uğurlarla Ulu Öndərin ənənələri əsasında irəliləyir.
Bilgəh qəsəbəsi, 142 №-li məktəbin direktoru
Azərbaycan Respublikasının əməkdar müəllim
Gülnaz Abdullayeva