Azərbaycan Respublikası Konstitusiya ilə idarə olunan demokratik, hüquqi, dünyəvi və unitar ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yarımçıq qalan ən əsas məsələlərdən biri Konstitusiyanın qəbulu məsələsi olmuşdur. Sovet hakimiyyəti qurulduqdan sonra 1921, 1937 və 1978-ci illərdə Azərbaycan SSR-nin Konstitusiyaları qəbul olunumuşdur. 1991-ci ildə müstəqilliyimizi əldə etdikdən sonra Respublikanın qarşısında duran zəruri məsələlərdən biri konstitusiyanın qəbulu məsələsi idi. Ölkə rəhbəri Heydər Əliyev demokratik əsaslarla hakimiyyətin bölünməsi prinsipinə əsaslanan konstitusiyanın hazırlanması üçün öz rəhbərliyi ilə Konstitusiya Komissiyasını təsis etdi. Komissiyanın rəhbərliyi ilə hakimiyyətin bölünməsi prinsipinə əsaslanan Konstitusiya 1995-ci il noyabrın 12-də xalqa referendumla təqdim olunmuş və xalqın qərarı ilə qəbul olunmuşdur. Noyabrın 27-də qüvvəyə minən Konstitusiya xalqın razılığı ilə dövlətin əsas qanununa çevrilmişdir. Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli fərmanına əsasən hər il 12 noyabr Konstitusiya günü kimi qəbul olunur.
Azərbaycan Konstitusiyası 12 fəsil və 158 maddədən ibarət tarixi sənəddir. Konstitusiyamızın birinci maddəsi “Hakimiyyətin mənbəyi xalqdır” maddəsidir. Bu maddə ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanması zamanı əsas prinsip olaraq götürdüyü istər icraedici, istərsə də qanunverici və məhkəmə hakimiyyətlərinin müəyyənləşdirilməsi zamanı xalqın qərarının əsas götürülməsinə əsaslanır. Qanunlar, hüquqlar və vəzifələrdən ibarət olan Konstitusiyanın hazırlanması zamanı dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsaslanan təməl insan haqları və qanunlar nəzərə alınmışdır. Bu səbəbdəndir ki, Azərbaycan Konstitusiyası dünyanın ən demokratik Konstitusiyalarından biri hesab olunur. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlarda xalqın iradəsi ilə Konstitusiyaya müəyyən əlavə və dəyişikliklər qəbul olunmuşdur.
Bugün müstəqil, suveren Respublikamız öz Konstitusiyası ilə idarə olunur. Konstitusiyamızın əsas prinsipi insanın hüquq və azadlıqlarının ali dəyər olmasına əsaslanır və hər bir vətəndaşın ölkə tərəfindən müdafiəsi təmin olunur. Eyni zamanda Konstitusiyaya əsasən hər bir fərd öz vəzifələrini layiqincə yerinə yetirməli və ölkəyə, xalqa layiq bir vətəndaş olaraq yetişməlidir. Azərbaycan Konstitusiyası Azərbaycan vətəndaşının müdafiəçisi, onun hüquq və azadlıqlarının təminatçısıdır.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli