Konstitusiya dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını özündə formalaşdırır. İnsanların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Dövlətin və xalqın idarə olunması, dövlət və xalq arasında yaranmış münasibətləri tənzimləmək üçün konstitusiyanın qəbul olunması ən əsas amillərdən biridir. "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur.
1991-ci ildə 18 oktyabr tarixində Azərbaycan Respublikası öz müstəqiliyini bərpa etdi. Bunun nəticəsində də 1994-cü ildə Ümummilli lider Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995- ci il 12 noyabr tarixində müstəqil Azərbaycan Respublikasının konstitusiyası qəbul olundu. Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.
Ümummilli Liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanılmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Konstitusiya dövlətin əsas vəzifələrini, Azərbaycan dövlətinin başqa dövlətlərlə münasibətini tənzimləyən prinsipləri özündə əks etdirməklə yanaşı, ali hakimiyyətin xalqa məxsus olduğunu göstərir, bu isə, öz növbəsində, Azərbaycanın məhz demokratik yolla inkişafını nəzərdə tutur. Əsas Qanunda öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək xalqımızın suveren hüququ kimi təsbit olunur.
Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı-respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir.
Azərbaycanda 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. Azərbaycan Respublikası bu tarixi günü qeyd edir, gəncləri, təhsilalanları konstitusiyamızın öyrədilməsini məqsədilə müvafiq zəruri tədbirlər görür.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva