Noyabrın 11-də Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən ağacəkmə aksiyasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, RİHBA-nın işçiləri, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, partiya fəalları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiyadan əvvəl Daşkəsən Şəhidlər Xiyabanında ildönümü keçirilən Vətən müharibəsində gedən döyüşlərdə rəşadət, igidlik göstərməklə vəzifə borcunu fədakarlıqla yerinə yetirən şəhid əsgər İbrahimov Mübariz Telman oğlunun xatirəsi anılıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhid Mübariz İbrahimovun ailə üzvlərinə rayon ictimaiyyəti adından bir daha başsağlığı verib, Şəhidin şərəfli döyüş yolundan söhbət açaraq Prezident cənab İlham Əliyevin sərəncamları ilə onun ölümündən sonra çoxsaylı medallar və ordenlə təltif olduğunu diqqətə çatdırıb. Əhəd Abıyev çıxışında Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən yüksək səviyyədə diqqət və qayğıya görə minnətdarlığını bildirib. Həmçinin vurğulayıb ki, xalqımızın şəhidlərimizin əziz xatirəsini hər zaman ehtiramla yad edir, onlarla qürur hissi duyur. Allah şəhidimiz Mübariz İbrahimova rəhmət eləsin, əziz ruhu şad olsun.
Daha sonra Daşkəsən Şəhidlər Xiyabanının ərazisində təmiz ekoloji mühitin yaradılması, yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları tərəfindən 200 ədəddən artıq ağaclar əkilib və əkilmiş ağacların suvarılması üçün xüsusi su maşınları cəlb olunub.
İcra başçısı Əhəd Abıyev ağacəkmə aksiyasında: “Aksiyanı həyata keçirməkdə əsas məqsəd Yeni Azərbaycan Partiyasının sədri, Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə təbiətin yaşıllaşdırılmasına, çiçəklənməkdə olan ölkəmizin təbiətini qorumağa ictimaiyyətin diqqətini yönəltmək, ekoloji tarazlığa töhfə verməkdir,” – deyib. Əhəd Abıyev onu da qeyd edib ki, Daşkəsəndə həmişə ruh yüksəkliyi ilə keçirilən belə ekoloji aksiyalar bundan sonra da davam edəcəkdir.
Aksiyanın sonunda icra başçısı Əhəd Abıyev və YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev yeni əkilən ağaclara mütəmadi olaraq qulluq edilməsini, onların qorunması üçün mühafizə zolaqlarının çəkilməsini nəzarətə götürməklə aidiyyəti üzrə tapşırıqlar veriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini