Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində Kiçik Qafqaz fiziki-coğrafi rayonu daxilində yerləşir. Rayon qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın və Xocavənd rayonları, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər 93 kənd var.
Qubadlı qədim tarixə malik ərazilərimizdəndir. Adının mənşəyi bəzi mənbələrdə Sasani şahı I Qubadın adı ilə bağlansa da, rayonun tarixi daha qədimlərə gedib çıxır. Bəzi antropoloqların fikrinə görə rayonun əhalisi Qafqazda ən qədim xalqlardan sayılan Kaspi (Oğuz) tipinə aiddir. Rayonun ərazisində qədim insan məskənlərinə rast gəlinir. Aşağı Mollu kəndində 9, Əliquluuşağı kəndində 5, Həmzəli kəndində 9 qədim insan məskəni olan kaha (mağara) mövcuddur.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. Rayonun ərazisindən 2 böyük dağ çayı olan Həkəri və Bərgüşad çayları axır. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq ərazilər meşələrlə örtülüdür. Rayon daxilində 13.2 min hektar meşə sahəsi vardır. Qubadlı rayonu ərazisindəki nadir fauna və flora növlərinin qorunması məqsədilə 1969-cu ildə “Qubadlı” yasaqlığı yaradılmışdır.
Faydalı qazıntılarla zəngin olan rayonun Eyvazlı kəndində əqiq, Əliquluuşağı, Qudanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəngdaşı, Xanlıq kəndində qum-gil yataqlarına rast gəlinir.
Qubadlının əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, baramaçılıq, xalçaçılıq və üzümçülük olmuşdur.
Erməni silahlı qüvvələrinin ölkəmizə qarşı törətdikləri işğal siyasəti nəticəsində 31 avqust 1993-cü ildə Qubadlı işğal edilmişdir. Rayonun 31 mindən çox əhalisi öz yurdlarından didərgin düşmüşdür. Lakin bu Qubadlının erməni vəhşilikləri ilə ilk qarşılaşması deyildi. Hələ ötən əsrdə (1915, 1918, 1920) dəfələrlə erməni hücumlarına məruz qalmışdır.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Qubadlının tarixində də silinməz iz qoydu. Rəşadətli Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu döyüş taktikası nəticəsində 25 oktyabr tarixində rayonun 27 illik düşmən əsarətinə son qoyuldu. Döyüşlərdə xüsusi şücaət göstərmiş 15189 hərbi qulluqçu 2020-ci il 26 noyabrda təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Artıq Qubadlı azaddır! Vətən uğrunda canlarından keçən igidlərimizin müqəddəs ruhları azad torpaqlarda dolaşır.
Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin
coğrafiya müəllimi Ramilə Məmmədl