İçimdən gələn bir səs sanki Qaçaq Nəbini haraylayır: Ruhun şad olsun Qaçaq Nəbi! İgidlər oylağı, Nəbilər, Həcərlər yurdu artıq azaddır.
Hamıya məlumdur ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə mənfur, işğalçı, vəhşi ermənilər tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər öz dədə-baba yurdundan didərgin salınıb, Respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti,1 məscid.16 körpü dağıdılmış və yarasız hala salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti 650 km avtomobil yolu, 2 su anbarı , 150 km maqistral su xətti, 4830 km elektrik xətləri daha nələr,nələr? ermənilər tərəfindən məhv edilmişdir. Ümumiyyətlə ,rayon tanınmaz hala salınmışdır.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi,əsasən,dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Rayon faydalı qazıntı ehtiyyatları ilə zəngindir. Rayonun Hacılı kəndində “mişar daşı” yatağı, Bərgüşad çayının sol sahilində “yəşəm” yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və başarat kəndlərində mərmərləşmiş əhəng daş yataqları ,o cümlədən,Mollabürhan kəndinin cənubunda “tuf dağ yatağı”, Xanlıq kəndində “qum-gil”, Eyvazlı kəndində “əqiq” yatağı mövcüddur.
Rayonun işğal dövrü ərzində vəhşi ermənilər heç bir quruculuq işləri aparmamış, olanları da yandırıb və məhv etmişdilər. Bu da onu göstərir ki, onlar bilirdilər ki bu torpaqların sahibləri gec-tez nə vaxtsa gələcəklər,yatmış vulkan pükürəcək. Azərbaycan oğulları, “Vətən mənə oğul desə nə dərdim? Mamır olub qayasında bitərdim”deyərək vətənin qayalarından dırmaşaraq Vətənlərini azad edəcəklər. Otuz illik həsrəti 44 gündə zəfərə çevirdilər.
Zəngilan şəhəri 2020-ci il oktyabrın 2-də azad olunduğundan sonra təbii ki, növbəti istiqamət Qubadlı idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Qubadlını azad etmək üçün ilk növbədə yüksəkliklər götürülməli idi. Azərbaycan ordusunun peşəkarlığı sahəsində bu yüksəkliklər alındı. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləndi. Nəbilər oylağı Qubadlı azad oldu.
2020-ci il dekabrın 23-də Ali Baş Komdandan Prezident cənab İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının azad olunması böyük qələbəni yekunlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər getdi. Bu gün biz fərəhlə “köçkün deyilik” deyiriksə bu oğulların sayəsindədir. Onlardan biri əslən Qubadlıdan olan Milli Qəhrəman Şükür Həmidovdur. Bununla bərabər Qubadlının azad olunmasında şəhid olan: Şəhid Elxan Rzayev, Cavad Babayev və başqaları hər kəsin qəbində daim yaşayacaq.
Biz sizinlə fəxr edirik Azərbaycanın şəhid oğulları!
Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”
Pirşağı qəsəbəsi, 188 saylı tam orta məktəbin
direktoru Sabir Mahmudov