İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qarşı tərəfdən mina xəritələrini tələb etdi. Ermənistanın bu məsələ ilə bağlı mövqeyi bir neçə dəfə dəyişdi. Əvvəl belə xəritələrin olduğunu inkar edən Ermənistan sonra bu xəritələri təqdim etdi. Bu mina xəritələrinin dəqiqliyi isə cəmi 25 faiz təşkil edib. Bu, onu göstərir ki, rəsmi İrəvan minalanmış ərazilərin real xəritəsini qəsdən Azərbaycan tərəfinə təqdim etmək istəmir. Bununla da Azərbaycanda basdırılmış minalar vasitəsilə müharibəni davam etdirir. Amma bir mühüm məqamı da nəzərə alaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra mina xəritələrinin təhvil verilməsi Ermənistanın öhdəliyidir. İşğalçı dövlət bu xəritələri tam şəkildə təqdim etməlidir. Ərazilərimizin minalardan təmizlənməsi vaxt itkisidir. Bu, eyni zamanda, böyük maliyyə vəsaiti tələb edir. Dünya hərb tarixində istisna hal olaraq müharibə başa çatan kimi azad edilmiş torpaqlarında bərpa və yenidənqurma işlərinə başlayan Azərbaycan bütün addımları öz daxili imkanları hesabına həyata keçirir. Məqsəd soydaşlarımızın öz dogma yurd-yuvalarına Böyük Qayıdışını sürətləndirmək, onların rahat və təhlükəsiz yaşayışlarını təmin etməkdir.
Hazırda bütün minatəmizləmə əməliyyatları Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərin inkişaf planlarına əsasən yerinə yetirilir. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. Minaların təmizlənməsinə yerli mütəxəssislərlə yanaşı, xaricdən gəlmiş ekspertlər də cəlb olunub. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələr işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə dəstək verirlər.
Ermənistanın bu kimi addımları sülhə zərər vurur. Təbii ki, işğalçı dövlətin mənfur siyasətindən əl çəkməməsi, əksinə minaları Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsi sülh müqaviləsinin imzalnması prosesinin uzadılmasında maraqlı olduğunu təsdiqləyir. Hər zaman qeyd edildiyi kimi, sülh təklifi Ermənistan üçün son şansdır. Ya bu şansdan bəhrələnərək sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırmalı, buna nail olmalıdır, ya da təxribatlarından əl çəkməzsə “Dəmir yumruğ”un yerində olduğunu unutmamalıdır. “Dəmir yumruğ”un davamı olaraq tarxə yazılan “Qisas” və “Qətiyyətli cavab” əməliyatları Ermənistana ciddi dərsdir. Buna görə də həm mina xəritələri, həm də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın digər müddəalarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir.Bütün bunlar bir daha onu sübut edir ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının qətiyyəti, zəngin təcrübəsi, böyük siyasi iradəsi nəticəsində Azərbaycan işğaldan azad olunmuş ərazilərimizi minalardan təmizləməklə yanaşı, ərazi bütövlüyümüzə qarşı yönələn bütün təxribatların qarşısını da hər an qətiyyətlə almağa hazırdır.
Samiyə Abdulkərimova -12 saylı şəhər poliklinikasının baş həkimi