Ölkələrimiz arasında strateji əlaqələr hər zaman mövcud olub və illərin sınağından keçib. Vətən müharibəsi gedişində və sonradan Şuşa Bəyannaməsinin imzalanması ilə sarsılmaz birliyə və qardaşlığa bütün dünya şahid oldu. Türkiyə bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olub, diplomatik və mənəvi dəstək verib. Türkiyənin, yaxud Azərbaycanın olmadığı bir platformada bir-birin səsinin, sözünün eşidilməsini həyata keçirirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının 2014-cü il "Şərq tərəfdaşlığı" Proqramının sammitində çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" deməsi, dünyanın əksər ölkələrinin bizim üçün böyük ədalətsizlik olan erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində "...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq" deməklə bu qardaşlığın gücünün sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.
Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-ində imzalanmasının çox böyük rəmzi mənası var. Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi bu günün nə qədər əlamətdar olduğunun ilkin göstəriciləri idi. Digər yandan bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Müqavilədə digər vacib məqamlardan biri iqtisadi-nəqliyyat məsələləri ilə bağlıdır. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. Sənəddə xüsusilə vurğulanır ki, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələriylə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə əhəmiyyətli dərəcədə kömək edəcək.
Azərbaycan Türkiyə birliyinin göstərici kimi daha çox nümunələr qeyd etmək olar. Regiondakı güc balansının Azərbaycan və Türkiyənin xeyrinə dəyişməsi də bu dostluğun təcəllisi idi.
Zabrat qəsəbəsi, 75 saylı tam orta məktəbin
Tarix müəllimi Kəmilə Qurbanova