Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə oktyabrın 6-da “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olub.
Prezidenti İlham Əliyev səfər çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan müstəqil dövlət olaraq, dünya dövlətləri və beynəlxalq təşkilatlarla faydalı əlaqələr qurub və bu gün də həmin bərabərhüquqlu əməkdaşlığı uğurla davam etdirir. Avropanın ən böyük əməkdaşlıq formatı olan Avropa İttifaqı ilə ölkəmizin bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlığı var. İlk növbədə, enerji sahəsinə aid olan bu münasibətlər digər sahələri də əhatə edir və ciddi perspektivlərə hesablanıb. Buna misal olaraq, cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu qeyd oluna bilər. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Xüsusilə, Rusiya-Ukrayna hərbi qarşıdurması və bunun yaratdığı siyasi-iqtisadi reallıqlar Azərbaycanın dünya əməkdaşlıq platformalarında əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoyur.
Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur. Bu istiqamətdə son illərdə davam edən fəal kommunikasiyadan sonra yeni saziş üzərində iş aparılır. Sazişin əksər müddəaları artıq razılaşdırılıb. Müzakirəsi davam edən məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb. Bu, əməkdaşlığın mahiyyətcə yeni müstəviyə çıxdığının və qarşılıqlı etimadın gücləndiyinin göstəricisidir.
Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində əhəmiyyətli mövqeyə sahib olan ölkəmiz dünyanın ən nəhəng nəqliyyat-kommunikasiya hablarından birinin əsas komponentidir.
Qeyd etdiyimiz kimi, dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Ötən il əvvəlki ilə nisbətən 40 faiz artan qaz ixracatımızın bu il təxminən daha 30-40 faiz artacağı gözlənilir. Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə ciddi sərmayənin də dəstəyi ilə Avropaya qaz ixracatını ən azı iki dəfə artırmaq planlaşdırılır.
Ölkəmiz enerji sahəsində təkcə təbii resurslara güvənmir, həm də bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək.
Azərbaycanla Ermənistanın münasibətləri, xüsusilə 44 günlük Vətən Müharibəsindən sonra, Avropa Birliyinin diqqət mərkəzindədir. Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Bu görüşlərin hər biri sülhə doğru atılan addım hesab edilə bilər.
Oktyabrın 6-da Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmiş dördtərəfli görüş zamanı da önəmli məsələlər müzakirə olunub.
Bu cür görüşlərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına nail olmaqdır. Sülh prosesinə artıq təkan verilib.
Lakin bu prosesə mane olan bəzi məqamlar da qalır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ölkəmizin ərazilərinə ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, terror aktıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir. 250-dən çox azərbaycanlı müharibədən sonra ya həlak olub, ya da ağır yaralanıb. Bu terrora son qoyulmalıdır.
Digər məqam erməni silahlı birləşmələrinin bizim torpağımızdan çıxarılmamasıdır. Bu gün dünya birliyi Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğu artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Ona görə də Ermənistanın və havadarlarının Azərbaycan torpaqlarında qanunsuz silahlı birləşmələrin mövcudluğunu qorumaq niyyətləri, əlbəttə, boşa çıxacaq.
Söhbət qanunsuz silahlı birləşmələrdən və xalqımıza divan tutmuş terrorçulardan gedir. Qarabağda yaşayan mülki ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan Prezidentinin dediyi kimi, “onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik”. Bu, Azərbaycanın daxili işidir və ölkə rəhbəri də bəyan edib ki, Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.
Prosesdən aydın olan odur ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Hazırda Azərbaycan tərəfindən elan edilən beş prinsiplə bağlı heç kimin sualı yoxdur. Lakin Naxçıvana keçid üçün dəhlizin könüllü olaraq verilməməsi anlaşılan deyil. Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktı son dərəcə biabırçı faktdır.
Azərbaycan Prezidentinin keçirdiyi görüşlər ölkəmizin mövqeyinin dünya miqyasında müdafiəsi və daha da gücləndirməsi ilə nəticələnir. Praqada keçirilən dördtərəfli görüşün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilib.
Suverenliyin tanınması həm də o deməkdir ki, Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Bu, son 31 ildə Azərbaycanın nail olmağa çalışdığı əsas məqsədlərdən biri idi.
Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcək.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova