“İndiyə qədər Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər keçirilib, hətta birgə bəyanatlar da olub. Mümkündür ki, hansısa razılaşma da olsun. Amma bizim gördüyümüz odur ki, Ernənistanın Baş naziri Paşinyan Brüsseldə, Moskvada və Soçidə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Eyni zamanda üçtərəfli razılaşmanın bəzi bəndlərinə məhz İrəvan tərəfindən əməl edilmir. Bu baxımdan görüşlərin keçirilməsi müsbətdir, amma Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Əks təqdirdə bu görüşlərin əhəmiyyəti olmur”.
Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Avropa İttifaqının vasitəçiliyi ilə mümkün görüşündən danışarkən deyib.
O. Qasımov hesab edir ki, görüşün keçirilməsi, dialoqun qurulması, məsələlərin müzakirəsi lazımdır, amma tərəflər üzərinə götürdükləri öhdəliyə də əməl etməlidir.
Siyasi şərhçi əlavə edib ki, əgər yenidən İ. Əliyev - N. Paşinyan görüş keçiriləcəksə, bu zaman müzakirə ediləcək kifayət qədər məsələlər var. “Əsas müzakirə edilə biləcək məsələlərdən biri Qarabağda olan Ermənistan ordusunun qalıqları, habelə separatçı silahlı qrupların Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu, olduqca vacibdir. Eləcə də gələcəyə yönəlik digər məsələlər də belə bir görüşdə müzakirə oluna bilər”, - O. Qasımov əlavə edib.
O. Qasımovun fikrincə, belə bir görüşdən sonra radikal dönüşün olmasını, ciddi addımların atılacağını gözləmək doğru deyil. “Şəxsən mənim xüsusi bir gözləntim yoxdur. Sadəcə, proses davam edir. Hər halda 22 may görüşündən sonra müəyyən addımlar atılıb. Məsələn, komissiyanın ilk iclasının keçirilməsi, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Gürcüstanda görüşü baş tutub. Eləcə də bir sıra istiqamətlərdə məsələlər dəqiqləşdirilməlidir. Bura sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiya işlərinin aparılması, komissiyanın işi ilə bağlı planın qurulması və kommunikasiyaların açılması istiqamətində konkret addımlar atılmalıdır”, - deyə O. Qasımov fikrini tamamlayıb.