Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır. Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara “Azərbaycan Sənaye Bankı”, “Ziraat Bank Azərbaycan”, “Azər-Türk Bank” nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin Azərbaycanda “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Kürdaşı” və “Alov” kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.
Nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir. Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Turkey”in icra etdiyi layihələrlə bağlıdır. “SOCAR Turkey” ilk olaraq 2008-ci ildə “Petkim”in səhmlərinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı tələbatının 18 faizi qarşılanır. SOCAR-ın Türkiyədə əhəmiyyətli investisiyaları var. Bu investisiyalara “SOCAR Terminal”, “SOCAR Dağıtım”, “SOCAR Depolama” və bundan başqa bir sıra əhəmiyyətli satınalmalar misal göstərilə bilər.
Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır.
Əhmədova Güllü, 5 saylı Uşaq Yolxucu Xəstəxanasının baş həkimi