GÜCLÜ ORDU – GÜCLÜ DÖVLƏT

GÜCLÜ ORDU – GÜCLÜ DÖVLƏT Tarixi keçmişə nəzər salsaq görərik ki, dünyaya hökmranlıq edən dövlətlər güclü orduya malik olan dövlətlər olmuşdur. Ancaq müasir dövrdə bu güclü orduyla bərabər güclü siyasət də tələb edir. Əsası AXC dövründə qoyulan ordu quruculuğu Respublika dövründə ən pik həddə çatmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra uzun müddət ordu quruculuğuna diqqətin artırılmasına imkan verilməmişdir. Ancaq 1969- cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əsas diqqəti hərbi kadrların hazırlanmasına yönəltmişdir. Xüsusilə müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra ordu quruculuğu yeni inkişaf mərhələsinə qədəm qoydu. Hərbiyə dövlət səviyyəsində qoyulan xərcin dəfələrlə artırılması qısa zamanda uğurlu nəticələrə gətirib çıxartdı.
1998- ci il may ayının 22-də Ulu Öndər Heydər Əliyevin verdiyi fərmana əsasən, əlahiddə Azərbaycan korpusunun yarandığı gün, yəni 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün güclü ordunun olması əsas şərtlərdən biridir. Hazırda Azərbaycanda 400 -dən çox yerli müdafiə təyinatlı məmulatın istehsal edilməsi ordumuzun daha da inkişafı üçün geniş imkanlar açır. Azərbaycan Qafqazın ən müasir ordusuna malikdir. Silahlı qüvvələrin modernləşdirilməsi və yenidən qurulması Prezident cənab İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin nəticəsi olaraq son illərdə ordunun döyüş qabiliyyəti daha da gücləndirilmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, ordu sahəsində həyata keçirilən bütün islahatlar özünü layiqincə doğrultmuşdur. Azərbaycan ordusu düşməni ağır məğlubiyyətə uğradaraq tarixi qələbəyə imza atmışdır. Bununla da Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan xalqı və Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi.


Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər