“Zəngəzur dəhlizinin açılması regionda gələcək sülhün fundamental elementidir”.
Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
İlham Əliyev qeyd edib ki, bu dəhliz vasitəsilə Azərbaycana keçid verilməsə, sülhdən danışmaq çətin olacaq.
“Əgər Ermənistan buna əməl etməsə, Azərbaycanın Ermənistanla normal qonşuluq münasibətləri qurmaq səyləri baş tutmayacaq”, - deyə Prezident əlavə edib.