Ümumdünya enerji tələbatını və bu təlabat üzərində qurulmuş siyasi əlaqələri nəzərə aldıqda neft və qazın qlobal iqtisadi- siyasi əhəmiyyətdə ixracının önəmi danılmazdır. Tarix boyu Azərbaycan ticarət müstəvisində öz potensial və gücünü nümayiş etdirmək üçün fəaliyyətini başlıcası neft və qaz olmaqla bir çox istiqamətlərə yönəltmişdir. Son illərdə bu sahənin inkişafı yönündə atılan addımları nəzərə alaraq enerji təminatında daxili tələbatın ödənilməsi və xarici ixracat prosesində uğurlu yol qət etdiyimizi qeyd etmək olar. Dünya bazarlarına ixrac olunan neft və qazın həcminə görə ölkəmiz beynəlxalq miqyasda özünəməxsus yer tutur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiyk neft, Bakı-Tbilisi-Ərzurum, Mozdok-Qazıməmməd qaz boru kəmərləri vasitəsilə ixracı həyata keçirilən Azərbaycan neft və qazının 2013-cü ildən müqaviləsinə imza atılmış TANAP və TAP proyektləri sayəsində daha geniş və perspektivli ixrac bazarlarına çıxışı təmin edimişldi. Bu müstəvidə təminedilmənin genişləndirilməsi ixracat normativlərini müəyyənləşdirən məşvərət və toplantıların həyata keçirilməsini zəruriləşdirir.
Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı baş tutmuşdur. Bu görüş əsnasında Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin bir komanda olaraq effektli fəaliyyəti, Cənub Qaz Dəhlizinin XXI əsrdə mövqeyi, Azərbaycanın beynəlxalq bazarlara enerji ixracı, Azərbaycanda yerləşən qaz yataqlarından əldə olunan qaz ehtiyatı və s. kimi məsələlər müzakirə olunmuşdur. Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin birgə fəaliyyəti nəticəsində Cənub Qaz Dəhlizi layihəsi uğurla tamamlanmışdır. Bu layihənin həyata keçirilməsində Avropa Komissiyası, Azərbaycan və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə instutlarının mühüm rolu olmuşdur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi Cənub Qaz Dəhlizi iqtisadi potensial aspektindən yanaşdıqda XXI əsrin ən böyük layihələrindən biridir. Cənub Qaz Dəhlizi layihəsi az təsadüf olunan layihələrindəndir ki, onun icrasına bütün aparıcı beynəlxalq strukturlar öz töhfəsini vermişdir. Bu layihənin tamamlanması ilə ölkəmiz bir sıra əhəmiyyətli hesab olunan xarici bazarlarla enerji ixracatına nail olub. Dünyanın enerji idxalına olan ehtiyacını nəzərə aldıqda Azərbaycan yeni ixrac bazarları təmin edə biləcək potensiala sahib ölkə qismində çıxış edir. Həmçinin, toplantı əsnasında qeyd olunmuşdur ki, layihənin icrası prosesində heç bir mənfi hal yaşanmamış, hər şey müqavilə əsasında həyata keçirilmiş, proses zamanı heç bir gecikmə olmamaqla yanaşı enerji siyasəti istisna olmaqla layihənin arxa planında heç bir əlavə siyasi gündəm olmamışdır.
Eyni zamanda Azərbaycanda yerləşən qaz yataqlarından əldə olunan təbii qaz ehtiyatının həcmindən də söz açılıb. Bununla yanaşı, texnologiyaların inkişafı ilə əlaqədar olaraq Azərbaycanda isbat edilmiş qaz ehtiyatlarının daha da çoxalacağı qeyd olunub. Sözügedən lahiyə çərçivəsində imza atılan uğurların daimi davamiyyəti və bu
qazanılmış uğur sferasının genişləndirilməsi yolunda tədbir və birgəfəaliyyətin davam etdiriləcəyi fikri vurğulanıb.
2020-ci ilin sentyabrından başlayan torpaqlarımızın azadlığına hesablanmış şanlı Vətən müharibəmizin nəticəsi olaraq işğalına son qoyulmuş Qarabağ torpaqlarında iqtisadi baxımdan yenidənqurma işlərinin aparılması, tamamilə dağıdılmış infrastrukturun bərpasına yönəlmiş addımların atılması önümüzdə duran mühüm öhdəliklərdəndir. Bu siyasət çərçivəsində işğaldan azad edilmiş bölgələrimizdə qaz təminatının bərpası kimi məsələlər iclas zamanı diqqətə çatıdırılmışdır. Eyni zamanda toplantı zamanı müzakirə olunan önəmli məsələlərdən biri də işğaldan azad edilmiş torpaqlarımızda iqtisadi baxımından xüsusi inkişaf proqramının nəzərdə tutulmasıdır. Energetika Nazirliyi bir sıra öndəgedən yüksək prestij sahibi olan şirkətlərin dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində bərpa olunan mənbələrin beynəlxalq müstəvidə qiymətləndirilməsi nəticəsində ilkin rəqəmlərin ümidverici olduğunu vurğulamışdır..
Əlavə olaraq, Xəzər dənizinin texniki potensialı sahəsində müzakirə aparılmış və bu cəhətdən çox böyük üstünlüyə malik olduğumuz diqqət mərkəzinə çatdırılmışdır. Həmçinin, toplantı əsnasında Xəzər dənizinin texniki potensialının inkişafı ilə bağlı dünyanın bir sıra aparıcı enerji şirkətlərindən müsbət yönümlü ilkin təkliflər alındığı nəzərə çatdırılmışdır. Bu isə ölkəmizin uzun müddətdir etibarlı enerji mənbələrinə sahib mövqedə olduğunu sübuta yetirmişdir.
Cənab Prezident İlham Əliyevin 4 fevral tarixində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasında ələ aldığı fikirlər, aparılan müzakirələrdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasını qaz sektorunda göstərdiyi müsbət yönümlü fəaliyyətə əsaslanan optimistik bir gələcək gözləyir.
Biz, Azərbaycan xalqı olaraq Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin təşəbbüsü ilə imza atılmış inkişaf xətti çərçivəsində həyata keçirilən və keçirilməsi planlaşdırılan iqtisadi, siyasi, mədəni və digər sahələrdə yer alan addımları daim alqışlayır, həmrəylik və birlik nümayiş etdirərək dövlət başçımızı daima dəstəkləyirik.