Bu sözləri Prezident İlham Əliyev 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağalı kənd” layihəsinin açılışında çıxış edən zaman söyləmişdir. Əsrlərlə torpaqlarımıza köçürülüb yaşayan ermənilər sonradan ərazi iddiaları edərək Azərbaycan xalqına qarşı kütləvi soyqırımlar, dəhşətli faciələr törətmişdilər. Rus generalı İ.Paskeviçin də dediyi kimi, İrəvana nə qədər erməni köçürülsə də buranın əhalisinin ¾ yenə də Azərbaycan türkləri təşkil edir. 1826-1828-ci illər Rusiya-Qacar və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsinin Rusiya imperiyası üçün uğurla başa çatması ermənilərin Şimali Azərbaycan ərazisinə kütləvi surətdə köçürülməsi üçün əlverişli şərait yaratmışdı. Türkmənçay sülh müqaviləsinin imzalanması “Erməni vilayəti”nin yaradılmasından əlavə, bir sıra digər vəzifələrin də həyata keçirilməsinə zəmin hazırlamışdı. Rusiya imperiyası Şimali Azərbaycanda İran və Türkiyə ermənilərinin yerləşdirilməsi işinə başlamışdı ki, bu da onun Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirirdi. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İrandan ermənilərin Rusiyaya sərbəst surətdə keçməsinə icazə verilirdi. İrəvan xanlığının işğalına aid müştərək monoqrafiyada N.N.Şavrovun Rusiyanın Cənubi Qafqazdakı müstəmləkəçilik siyasəti ilə bağlı yazdıqlarına istinadən göstərilir ki, 1828-ci ildən 1830-cu ilə qədər Cənubi Qafqaza 40 min İran və 84 min Türkiyə ermənisi köçürülmüş və onlar erməni əhalisinin cüzi olduğu Quzey Azərbaycan torpaqlarında yerləşdirilmişdilər. Onlar həmçinin Ahıska və Ahalkələk bölgələrində də yerləşdirilmişdilər. Onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq xəzinə torpağı ayrılmış, müsəlmanlardan 2 milyon rubldan artıq məbləğdə xüsusi mülkiyyət torpaqları satın alınmışdı.
Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Beləliklə, XIX əsrin əvvəllərində Rusiya imperiyası Qacarlar İranını və Osmanlı Türkiyəsini məğlubiyyətə uğradıb, zor gücünə bu meqabölgənin etnik mənzərəsini dəyişdi. Çar Rusiyası Qacarlar və Osmanlılara qarşı müharibələri udaraq, Cənubi Qafqazda yeni imperiya sərhədləri boyunca ermənilərdən ibarət xristian kordonu yaratmaq üçün kütləvi surətdə erməniləri İran və Türkiyədən Şimali Azərbaycan torpaqlarına – keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə və digər yerlərə köçürdü.
Sabunçu rayonu, 170 saylı tam orta məktəbin
tarix müəllimi Nəzrin Quliyeva